Leyla Əliyevanın təşəbbüsü ilə “Qanın milliyyəti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib
Tarix: 17.06.2014 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


Rusiya Azərbaycanlı Gənclər Təşkilatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milliyyəti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.
Məlumata görə, aksiya Rusiya Federasiyasının bir nömrəli qan köçürmə mərkəzi olan Seçenov adına Moskva Tibb Akademiyasının kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutub.
Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən həyata keçirilən bu ilki aksiyada azərbaycanlı tələbələrlə yanaşı ümumilikdə Moskvanın ali məktəblərinin 300-ə yaxın nümayəndəsi iştirak edib.
Səhər saatlarından başlayaraq axşamadək davam edən aksiyaya tələbələrlə yanaşı, universitetin əcnəbi tələbələrlə iş dekanlığı və beynəlxalq şöbəsinin əməkdaşları, müəllimlər, Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər təşkilatının üzvləri də qoşulublar.
Qeyd edək ki, son 6 ildə gənclər təşkilatı əcnəbi tələbələrlə iş dekanlığının əməkdaşları və tələbələrlə birlikdə bu cür aksiyaları mütəmadi olaraq keçirir. Hər il pulsuz donor aksiyalarında yüzlərlə gənc iştirak edir, toplanan vəsait isə onkoloji və digər xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir.
Aksiyadan sonra institutun hematologiya kafedrasında mətbuat konfransı keçirilib. Konfransda Heydər Əliyev Fondunun bu cür aksiyaların təşkilində hər zaman maraqlı olduğu və gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulduğu bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info