Naqapetyan Bakıda “komediya göstərdi”
Tarix: 17.06.2014 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında qurumun nümayəndəsi ilə Ermənistan nümayəndə heyətinin rəhbəri arasında qalmaqal yaşanıb.
“Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı “Rose-Roth” seminarının növbəti hissəsinin mövzusu Ukraynadakı vəziyyət və Krım böhranı olub.
Mövzu ilə bağlı müzakirələr gedərkən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan yerindən müraciət edərək sualı olduğunu bildirib. O, söz aldıqdan sonra sual əvəzinə Azərbaycanı və iclasdakı azərbaycanlı deputatları ittiham etməyə başlayıb. K. Naqapetyanın iradının mövzusu Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırması olub. Seminarın bu hissəsinə aparıcılıq edən NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsinin baş məruzəçisi Yulio Miranda dərhal onun sözünü kəsərək erməni deputata sərt xəbərdarlıq edib: “Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Ayıb deyil?! Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz, biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm”.
Bunu eşidən K. Naqapetyan əli ilə mikrofonu itələyərək narazılığını izhar edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info