Azərbaycan Uruqvayla gömrük sahəsində əməkdaşlıq sazişi imzalayıb
Tarix: 17.06.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Uruqvay Milli Gömrük İdarəsinin baş direktoru, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Latın Amerikası regionu üzrə sədr müavini Enrike Kanon Pedraqosanın dəvəti ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, ÜGT-nin Avropa regionu üzrə sədr müavini Aydın Əliyevin rəhbərliyi altında nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, səfər çərçivəsində iki ölkənin gömrük rəhbərləri arasında keçirilmiş görüşdə gömrük sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan nümayəndə heyəti Uruqvay Gömrüyünün əməliyyat xidməti ilə tanış olub.
Ardınca Uruqvayın Xarici İşlər Nazirliyinin binasında “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikasının Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında saziş”in imzalanması mərasimi keçirilib.
Səfər çərçivəsində A. Əliyev Uruqvay Parlamentinin Nümayəndələr Palatasının sədri Anibal Pereyra, Uruqvay parlamentində fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, Uruqvayın iqtisadiyyat və maliyyə naziri Mario Berqara, kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Tabare Aquerre ilə də fərdi görüşlər keçirərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ətrafında müzakirələr aparıb.
Səfər zamanı Azərbaycanın Uruqvayda yenicə fəaliyyətə başlayan diplomatik missiyası adından təşkil olunan ziyafətdə müxtəlif dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, Uruqvay Senatının və Nümayəndələr Palatasının üzvləri, siyasi partiyaların rəhbərləri, aparıcı siyasətçiləri iştirak ediblər.
Səfər çərçivəsində Azərbaycan mədəniyyətinin təbliği məqsədilə də bir sıra tədbirlər, o cümlədən “Gömrük mədəni irsin keşiyində” adlı sərgi, Azərbaycan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı və ziyafət keçirilib.
Tədbirin açılış mərasimində A. Əliyev, Azərbaycanın Uruqvaydakı səfiri Məmməd Əhmədzadə, Uruqvay Gömrüyünün rəhbəri Enrike Kanon Pedraqosa çıxış ediblər. Tədbirdə Uruqvayın tanınmış simaları və yüksək dövlət rəsmiləri, o cümlədən sabiq prezident Luis Alberto Lacalle, diplomatik korpusun, mədəniyyət, akademik, işgüzar çevrələrin nümayəndələri olan 400-ə yaxın şəxs iştirak edib.
Səfər çərçivəsində A. Əliyevin Uruqvay Milli Kitabxanasının direktoru, tanınmış yazıçı Karlos Liskano ilə görüşündə kitabxanaya Azərbaycan haqda kitablar təqdim edilib. Nümayəndə heyəti Uruqvay İncəsənət Tarixi Muzeyini də ziyarət edərək muzeyə Azərbaycan xalçası və rəsm əsəri bağışlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info