Mingəçevirdə ailə dəyərlərinin inkişafında “yeni media”nın rolu müzakirə edilib
Tarix: 17.06.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Mingəçevirdə “Ailə dəyərlərinin inkişaf etdirilməsində “yeni media”nın rolu” mövzusunda dəyirmi masa keçirib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd internet media resurslarının, “yeni media”nın ailə dəyərlərinə ciddi təsirini təcrübi və nəzəri faktlarla təsvir etmək, ailə-məişət mövzusunda informasiya yayan internet istifadəçilərinin etik və hüquqi məsuliyyətləri barədə maarifləndirmə işi aparmaq, internet media resurslarının imkanlarının ailə dəyərlərinin inkişaf etdirilməsinə yönəldilməsinə yardım göstərməkdən ibarət olub: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və qurumlarda yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib problemləri sırasındadır. Mingəçevirdə keçirdiyimiz tədbirdə internet üzərindən ailə-məişət məsələləri, qadın-uşaq hüquqları, şəxsi həyat sirri və sair kimi mövzularda informasiya yayan vətəndaşların və qurumların diqqət yetirməli olduqları nüanslar barədə müzakirələr keçirdik”.
Tədbir Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən “Ailə dəyərlərinin inkişaf etdirilməsində “yeni media”nın rolunun artırılmasına yardım “ layihəsi çərçivəsində baş tutub. Dəyirmi masa iştirakçılarına layihə çərçivəsində hazırlanmış “İnternet media resurslarında yayılan informasiyalara görə yaranan etik və hüquqi məsuliyyət” adlı vəsait paylanıb.
Qeyd edək ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən tədbirə Şuranın koordinatoru Nigar Ağakişiyeva və Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də qatılaraq tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Yay Olimpiya Festivalı zamanı xüsusi avtobuslar ayrılacaq
17.07.2019
Məktəblinin vəfatı ilə əlaqədar istintaq tədbirləri davam etdirilir
17.07.2019
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17.07.2019
“İrəli“ gəncləri Azərbaycan mədəniyyətini beynəlxalq layihədə təmsil ediblər
17.07.2019
Azərbaycan İlahiyat İnstitutu media nümayəndələrini mükafatlandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info