Suriyada döyüşmüş azərbaycanlı: “Suriyaya əsasən qənimət və pul üçün gedirlər”
Tarix: 17.06.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında monitorinq keçiriblər.
Bu barədə məlumat verən E. Behbudov bildirib ki, orada saxlanılan şəxslərlə görüşüb: “1982-ci il təvəllüdlü Hadıyev Fərid Şövqi oğlu ilə görüşdüm. Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirləndirilir. Həmin şəxs Azərbaycan Beynəlxalq Bankında işləyib. Orada işləyərkən vətəndaşlara məxsus kartlardan məlumat ötürüb və vətəndaşlara ziyan vurub. Saxlanma şəraitindən şikayəti yoxdur. Vəkillə təmin edilib. Özünü təqsirli bilir. Daha sonra Elmin Cavadov adlı şəxslə görüşdüm. Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Hər hansı şikayəti yoxdur. Özünü qismən təqsirli bilir”.
E. Behbudov təcridxanada saxlanılan Sumqayıt şəhər sakini Mehman Balakişiyevlə də görüşdüyünü deyib: “Mehman Balakişiyev Cinayət Məcəlləsinin 279.1-ci (qanunsuz olaraq silahlı birləşmə yaratma) maddəsinə əsasən ittiham edilir. 2013-cü ilin oktyabr ayında Suriyaya gedib. Orada yeddi ay döyüşlərdə iştirak edib. Digər dörd azərbaycanlı ilə birlikdə Türkiyədə tutulub və Azərbaycana ekstradisiya olunub. Ondan Suriyaya nə üçün getdiyini soruşdum. Bildirdi ki, din uğrunda vuruşub. Həmçinin qeyd etdi ki, oraya, əsasən, qənimət və pul əldə etmək üçün gedirlər. O, törətdiyi əməldən peşmandır. Bildirdi ki, artıq oraya gedənlərə yaxşı baxmır. Saxlanma şəraitindən şikayəti yoxdur”.
E. Behbudov orada saxlanılan digər şəxslərin də vəziyyəti ilə maraqlandığını bildirib: “Hacı Məmmədovla, Rauf Mirqədirovla maraqlandım. Bildirdilər ki, hər şey qaydasındadır. Pərviz Həşimlinin isə Bakı istintaq təcridxanasına köçürüldüyünü dedilər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info