Diasporumuz ermənilərin çox olduğu Assen şəhərində bayram tədbiri keçirib
Tarix: 17.06.2014 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


İyunun 15-də Niderland Krallığının Assen şəhərində “Milli Qurtuluş günü” qeyd edilib. Azərbaycan diasporunun aktiv təşkilatlarından biri olan “Odlar Yurdu” cəmiyyəti bu münasibətilə tədbir keçirib. Assen şəhər bələdiyyəsinin binasında təşkil edilən tədbirdə digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, eləcə də hollandlar iştirak edib.
Bu barədə məlumat verən “Odlar Yurdu” təşkilatının rəhbəri Firəngiz Bağırovanın sözlərinə görə, tədbirin keçirilməsində Assen bələdiyyəsinin binasının seçilməsi çox önəmlidir. Çünki Assendə ermənilərin sayı azərbaycanlılara nisbətən qat-qat çoxdur. Ermənilərin çoxluq təşkil etdiyi bir şəhərdə Azərbaycan haqqında hər bir məlumatın verilməsi bizim üçün vacibdir. Cəmiyyət rəhbəri tədbirdə həm Azərbaycan, həm də holland dilində çıxış edərək bu günün yaranma tarixindən danışıb və Azərbaycan tarixində önəmli yer tutduğunu bildirib: “Hər birimiz 1993-cü il Azərbaycanda baş verən hadisələri ürək ağrısı ilə xatırlayırıq. Vətəndaş müharibəsi ilə üz-üzə qalan xalqımızın bu bəladan itkisiz qurtulmasında isə ümummili lider Heydər Əliyevin rolu danılmazdır. Ona görə də bu günü Azərbaycan tarixinin “Şərəf günü” kimi qeyd edərək xatırlamaq hər birimizin ən azından vətəndaşlıq borcudur”.
Tədbirdə iştirak edən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin İdarə Heyətinin üzvü Ofeliya Mehdiyeva da çıxış edərək “Qurtuluş günü” haqqında danışıb, xalqımızı bir olmağa, hər zaman harada olmasından asılı olmayaraq bir-birinə dəstək verməyə çağırıb.
Rəsmi hissə bitdikdən sonra Azərbaycan haqqında sənədli filmə baxılıb, Firəngiz xanım professional pianoçu və müğənni Elxan Rzayevlə birgə Azərbaycanın məşhur bəstəkarlarının retro mahnılarını ifa ediblər. “Ana Vətən” birliyinin nəzdində fəaliyyət göstərən “Haaqa Azərbaycan Məktəbi”nin şagirdləri Azərbaycan haqqında hər iki dildə şeirlər söyləyib, milli rəqslərimizi ifa ediblər. İştirakçılar üzərində Azərbaycan bayrağının şəkli olan tortu kəsərək çay süfrəsi arxasında bayramı qeyd ediblər.
Sonda “Odlar Yurdu” cəmiyyətinin rəhbəri Firəngiz Bağırova tədbirdə iştirak edərək təşkilata dəstək olduqları üçün bütün azərbaycanlılara və hollandlara, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva və birliyin digər üzvlərinə, “Niderlandda Azərbaycan evi”nin rəhbəri Elxan Həşimova, Azərbaycan-Türk Kültür Dərnəyinin başkan yardımçısı Altan Gölali bəyə təşəkkürünü bildirib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info