“The Wall Street Journal”: “Putin Avropanın çatını açıb göstərdi”
Tarix: 17.06.2014 | Saat: 21:59:00 | E-mail | Çapa göndər


“Polşa 1989-cu ilin iyununda ilk nisbi azad seçkilərin ildönümünü – Avropa kommunizminin sonunun başlanğıcını qeyd etdiyi bir zamanda həyat gözəl görünür. Polşalılar 5 yüz ilə yaxın bir müddətdən bəri yaşamadıqları varlı və təhlükəsiz həyat yaşayırlar. Amma bu təntənə çox bərk narahatlıqla müşayiət olunur. Bütün istiqamətlərə baxsanız, bunun niyə belə olduğunu görərsiniz”. Bu barədə “The Wall Street Journal”da Metyu Kamenski yazır. Yazıda belə qeyd edilir: “Şərqdə Rusiya marşdadır. Bu istiqamətdə pis ssenarilər belədir – 1990-cı illərin Yuqoslaviyası, bu və ya digər tərzdə postsovet imperiyasının yenidən dirçəlişi”.
Yazı müəllifi Krımın ilhaq edilməsi nəticəsində yaranan mart böhranına ən sürprizli reaksiyanın Berlindən gəldiyini bildirir: “Alman dilində yeni söz peyda olub: “Russlandversteher” – Rusiyanın anlaşılması. Almanların yarıdan çoxu təsdiq edirlər ki, Krımın ilhaqını və Ukraynanın şərqindəki konflikti “anlayışla” qarşılayırlar.
Almaniya Polşa ilə ticarət edir və Rusiyadan çox, Polşaya investisiya qoyur. Amma Berlinin sözügedən məsələ barəsində yanaşması bu barədə düşünməyə vadar edir ki, Almaniya nə zamansa Rusiya ilə birlikdə Mərkəzi Avropanı “biçiblər”. Kimsə Polşanın növbəti bölüşdürülməsi barəsində danışmır, amma Polşa hökumətinin Moskvadan çox, Berlinin ardınca donquldanması faktı ayıldıcı effekt verir”.
Daha qərbdə isə təfriqə yalnız güclənir: “Vaşinqtonun, Polşanın və Baltik ölkələrinin etirazlarına baxmayaraq, fransızlar bu il “Mistral” sinifli iki desant gəmisinin göndərilməsi barədə1,6 milyard dollarlıq kontraktı tamamlamağa çalışırlar. Böyük Britaniya isə London “Siti”ni öz qəlbi ilə birlikdə çirkli rus qızılına satıb”.
Müəllif qeyd edir ki, Mərkəzi Avropada sülh və sabitlik hazırkı nəsnələr kimi qəbul olunur, amma bu – tarixi istisnadır. Polşanın yeddi qonşusundan heç biri 1991-ci ilə qədər indiki görkəmdə mövcud olmayıb. Polşalılar öz gələcəklərini NATO və ABŞ-la bağlayırlar və müdafiə xərclərini artırırlar. Onların fikri belədir: Ukraynadan sonra tamamilə “qərbli” Almaniyaya inamı unutmaq lazımdır. NATO-nun soyuq müharibə dövrlərinin təyinatını qaytarın: Rusları xaricdə, almanları yerində, amerikanları isə Avropada saxlayan alyansı geri verin”.
Yazıda daha sonra qeyd edilir: “Putinin Ukraynaya hücumu kontinenti Şərq-Qərb xətti üzrə və ya Donald Ramsfeldin təklif etdiyi Yeni Avropa-Köhnə Avropa üzrə bölməyib.
Müdafiə “qırğıları” və atlantistlər Avropa üçün bunu dönüş punktu kimi görürlər. Bu tələb edir ki, NATO və amerikalılar tərəfdən müdafiə qabiliyyətinin Avropada təkrarən artırılması baş versin. Bu məsələdə Brüssel və Vaşinqtonun anlaşıqlı olmasını arzu edirəm”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir
21.01.2019
Eduard Şarmazanov: “Paşinyanın hakimiyyəti vaxtı sərmayələr azalıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info