Rafael Harpaz: “İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Tarix: 17.06.2014 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


“Qarabağ münaqişəsi ilə bağlı İsrailin mövqeyi hamıya bəllidir. Biz öz regionumuzdakı təcrübəmizə əsaslanaraq deyə bilərik ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”. Bu fikri İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Gəncəyə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Səfir bildirib ki, İsraillə Azərbaycanın çox gözəl strateji münasibətləri var.
Diplomat Azərbaycanla kənd təsərrüfatı, turizm, səhiyyə və energetika sahəsində əməkdaşlıq etdiklərini, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə kənd təsərrüfatı və bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi sahəsində müzakirələr aparıldığını bildirib. O, Gəncədə İsrail həkimlərinin çalışacağı yeni klinikanın tikildiyini bəyəndiyini deyib.
İsrail səfiri Gəncəyə səfəri çərçivəsində ali təhsil müəssisələrində görüş keçirəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info