“Excelsior Hotel Baku”da “Yay mövsümünün açılışı mərasimi” keçirildi
Tarix: 18.06.2014 | Saat: 02:05:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” hotelinin açıq hovuzda yerləşən “Pool Bar” restoranında “Yay mövsümünün açılış” tədbiri keçirilib. Tədbirin proqramına canlı musiqi proqramı, hədiyyə lotoreyası, gecəyə qədər DJ musiqisi və rəqs daxil edilmişdi.
Tədbirdə paytaxtın qonaqları və sakinləri, işgüzar dairələrin nümayəndələri iştirak etdilər. Açılış mərasimində çıxış edən “Excelsior Hotel Baku” otelinin baş meneceri Turhan Poyraz qonaqlara yay hovuzunun yanında şəraitə və göstərilən xidmətlərə dair geniş informasiya verib. O, qeyd edib ki, bundan sonra paytaxtımızın qonaqları və sakinləri şəhərdən kənara çıxmadan qızmar yay günlərində gözəl şəraitdə dincələ, günəş şüaları qəbul edə, suyun yanında axşam mehindən həzz ala biləcəklər. Sərinləşdirici içkilər, ləzzətli təamlar və canlı musiqi hovuz ətrafında gözəl ab-hava yaratdı. Estrada müğənniləri Səbinə Babayeva və Diananın ifalarında populyar milli və xarici şlyagerlər hamının ürəyincə olub. Tədbirdə keçirilən lotoreyada qonaqlar “AtaBank”, “AtaSığorta” və digər şirkətlərdən hədiyyələr uddular. Qeyd edək ki, “Excelsior Hotel & Spa Baku” 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 “İmperial “- lyuks, “Royal”- lyuks, 4 “Crown”-lyuks , 45 “Heritage” - deluks, 9 “Duke” - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s.-dən ibarətdir.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq
19.04.2019
Masallıda “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” mövzusunda tədbir keçirilib
19.04.2019
“Nəsimi ili” ilə bağlı Masallıda şeir müsabiqəsi
19.04.2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info