“UNN“: “Ukraynanın xarici işlər naziri dərhal istefa verməlidir”
Tarix: 18.06.2014 | Saat: 02:09:00 | E-mail | Çapa göndər


Ukrayna "UNN" media qurumu yazır ki, Ukraynanın xarici işlər nazirinin səlayəhtlərini həyata keçirən Andrey Deşitsa Kiyevdəki Rusiya səfirliyinin fəalları ilə dialoq zamanı Rusiya prezidenti Vladimir Putinin və ümumiyyətlə, Rusiya Federasiyasına qarşı ədəbsiz sözlər işlədib.
Təbii ki, Rusiya rəhbərliyinin hər hansı hərəkətlərinə mənfi qiymət vermək olar, lakin ölkənin baş diplomatı tərəfində belə ədəbsiz ifadələrin işlədilməsi qəbuledilməzdir. Ukraynalı politoloq Gennadi Druzenkonun gəldiyi rəy belədir: “Deşitsanın belə fəallığı başa düşülən deyil. Hətta İkinci Dünya müharibəsi zamanı diplomatlar tərəfindən belə hərəkətlərə yol verilməyib. Mənim fikrimcə, o, dərhal vəzifəsindən istefa verməlidir”.
Ekspertin proqnozlarına görə, yeni xarici işlər nazirinin təyinatı yaxın günlərdə gözlənilir və ehtimal edilir ki, bu məsələ siyasi bazarlıq nəticəsində deyil, peşəkarlar tərəfindən həll edilə bilər: “Ukraynanın güclü addımlarından biri ölkədə Rusiyanın lehinə işləyən casusları aşkar edib ölkədən çıxara bilməsi olardı. Kiyevdəki Rusiya səfirliyi yalnız qiymətli diplomatiya üçün deyil, həm də Ukraynanın bir neçə regionunda sabitlik cəhdləri baxımından önəmlidir”.
Bununla yanaşı, politoloq belə bir fikir ifadə edir ki, Ukrayna diplomatiyası bütün tədqiq sxemlərini unudaraq, vasitəçilər tərəfindən təklif edilən «Donetsk düyünü» də daxil daxil olmaqla, qeyri-ənənəvi addımlar axtarmağa başlamalıdır. Təbii ki, bu zaman Amerika Birləşmiş Ştatları, Polşa və İsrail tərəfindən yumşaldıcılara təzyiq gözlənilə bilər.
Andrey Deşitsanın fikirlərinə münasibət bildirən «Ukrayna Ehtiyat Ordusu»nun sədri Genadiy Druzenko isə bildirib ki, Deşitsa diplomatiya haqqında danışmamalıdır. O, bu fikirləri ilə yeni Ljaşko (Ukrayna Radikal Partiyasının lideri nəzərdə tutulur) yaratmağa çalışsa da, demarşa nail ola bilməyib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info