“Rossiya” telekanalının Luqanskda ölən ikinci əməkdaşının cəsədi tapılıb
Tarix: 18.06.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Ümumrusiya Dövlət Teleradio Şirkəti telekanalın videomühəndisi Anton Voloşinin Ukraynanın Luqansk şəhəri yaxınlığında həlak olduğunu təsdiqləyib.
“Rosbalt”ın verdiyi xəbərə görə, bu barədə teleşirkətin rəsmi saytında dərc edilmiş məlumatında bildirilir. Bundan əvvəl onun itkin düşdüyü bildirilirdi.
Voloşinin cəsədinin aşkarlandığını qondarma “Luqansk xalq respublikasının” (LXR) nümayəndələri də təsdiqləyib: “Bəli, cəsəd, daha doğrusu cəsədin qalıqları aşkarlanıb. Onlar hadisə yerində, minaatanların hədəfinə tuş gəlmiş ərazidə aşkarlanıb”.
Qeyd edək ki, “Rossiya” telekanalının çəkiliş briqadası ötən gün minaatanlardan açılan atəşə məruz qalıblar. Nəticədə, 37 yaşlı jurnalist İqor Kornelyuk ağır yaralanaraq Luqansk xəstəxanasında keçinib. Telekanalın operatoru Viktor Denisov möcüzə nəticəsində sağ qalıb.
Ölən jurnalistlərin meyitləri bu gün Rusiyaya təhvil veriləcək.
LifeNews telekanalının müxbiri Artur Matveev bildirib ki, insident Metallist qəsəbəsi yaxınlığındakı blokpostun qarşısında baş verib. Onun sözlərinə görə, iki mərmi 3 jurnalist və 7 separatçıdan ibarət qrupun mərkəzinə düşərək partlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info