Ukrayna parlamentindən hökumətə sərhədlərlə bağlı çağırış
Tarix: 18.06.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Ali Rada dövlət sərhədinin qorunmasının gücləndirilməsinə dair qərarı dəstəkləyib.
“Rosbalt”ın verdiyi xəbərə görə, qərarın lehinə 261 deputat səs verib. Kommunist Partiyasının və Regionlar Partiyasının parlament fraksiyaları səsvermədə iştirak etməyib.
Qərara əsasən, Dövlət Sərhəd Xidmətinə Rusiya ilə dövlət sərhədini tam nəzarətə alınması məqsədilə bir ay ərzində işçi heyətinin sayını artırmaq tapşırılıb. Nazirlər Kabinetinə bir ay müddətində Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin sayını müəyyənləşdirmək həvalə olunub. Rusiya ilə sərhədin quru hissəsinin birtərəfli qaydada demarkasiyasının dərhal aparılması üçün lazımi sənədlərin təsdiq edilməsi təklif olunub. Sərhədin möhkəmləndirilməsi və təchiz olunması işində AB sərhəd modeli nümunə kimi istifadə olunacaq.
Həmçinin Rusiya ilə dövlət sərhədi boyu nəzarət-buraxılış məntəqələrinin işinin dərhal dayandırılması nəzərdə tutulub. Bundan başqa, sərhədin Moldova ilə, əsasən də, separatçı Dnestryanı ilə yerləşən hissəsini xüsusi nəzarətə götürülməsi nəzərdə tutulub.
Qeyd edək ki, Rusiya tərəfi ötən gün Ukraynanın sərhədi birtərəfli qaydada demarkasiyasını tanımayacağını bəyan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info