Erməni deputat: “Acizanə sürətdə xahiş edirəm. Bura gəlmişik ki, daha müharibə olmasın”
Tarix: 18.06.2014 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


NATO Parlament Assambleyasının Bakıda keçirilən “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı “Rose-Roth” seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Azərbaycan tərəfinə müraciət edib.
Koryun Naqapetyan Azərbaycan nümayəndə heyətindən xahiş edib ki, bütün hallarda erməniləri işğalçı adlandırmasınlar: “Mən acizanə sürətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”.
Erməni deputat Azərbaycanla bütün hallarda dil tapmağın tərəfdarı olduğunu söyləyib. Seminarın aparıcısı tərəfindən mövzuya qayıtmağa dəvət olunan erməni deputat çıxışını kəsərək rəhbərlik etdiyi nümayəndə heyəti ilə qısa məsləhətləşmə aparıb. Bunda sonra digər erməni deputat Tevan Poqosyan seminarın aparıcısı Oyars Eriks Kalninsa yaxınlaşıb və söhbət etməyə başlayıb. Söhbət bitdikdən sonra O. E. Kalnins bildirib ki, Ermənistan nümayəndə heyəti şəxsən özlərinin Azərbaycana qarşı heç bir iradlarının olmadığını, onların işğalçı kimi dəyərləndirilməməsini və mövqelərinin Azərbaycana qarşı ittiham dolu mövqe kimi qəbul olunmamasını xahiş edirlər: “Onlar bunun üçün bəyanat verməyə hazır olduqlarını da bildirirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info