İslam Əməkdaşlıq Təşkilatının iclası çərçivəsində görüşlər keçirilib
Tarix: 18.06.2014 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası çərçivəsində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bir sıra görüşlər keçirib. İƏT-in Baş Katibinin iqtisadi məsələlər üzrə müavini səfir Hameed A.Opeloyeru ilə görüşündə nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması, iri iqtisadi layihələrin reallaşdırılması sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib. O, İƏT ilə Azərbaycan arasında əməkdaşlığın arzuolunan səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulması ilə bağlı İƏT və üzv dövlətlər tərəfindən dəfələrlə nümayiş olunan birmənalı və qətiyyətli mövqe dünyada ədalətin, sülh və əmin-amanlığın təmin olunmasına yönələn mühüm addımlardır”. S.Müslümov Təşkilat çərçivəsində, bir sıra sahələrdə olduğu kimi, əmək, məşğulluq və sosial müdafiə sahəsində də artıq genişlənən əməkdaşlıq əlaqələrinin üzv dövlətlərin hər biri üçün xüsusi önəm kəsb etdiyini bildirib.
H.A.Opeloyeru Azərbaycana növbəti səfərində də ölkənin sürəti inkişafının şahidi olduğunu ifadə edib, Azərbaycanın İƏT çərçivəsində konkret fəaliyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsində göstərdiyi səyləri yüksək dəyərləndirib. Görüşdə İƏT-in Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Müslümovla Səudiyyə Ərəbistanı Krallığının əmək nazirinin müavini Ziyad Əlsaiq arasında keçirilən görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əmək, məşğulluq və sosial müdafiə sistemləri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əməkçi miqrantlar üzrə dolğun məlumatlar diqqətə çatdırılıb.
Beynəlxalq Əmək Təşkilatının (BƏT) departament rəhbərinin müavini Kamran Fənnizadə ilə görüşündə isə S.Müslümov Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan islahatlarda BƏT-in mütərəqqi dəyərləri ifadə edən prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib. Nazir işsizliyin kəskin şəkildə azaldılması, xüsusən gənclərin məşğulluğunun dəstəklənməsi istiqamətində ölkədə aparılan məqsədyönlü siyasət barədə məlumat verib. K.Fənnizadə Azərbaycanın əmək və məşğulluq məsələlərinin həllində əldə etdiyi uğurlu təcrübənin digər bir çox ölkələr üçün yaxşı nümunə olduğunu, hazırda İƏT çərçivəsində əmək və məşğulluq üzrə əməkdaşlıq istiqamətlərinin BƏT-in prinsipləri ilə də uzlaşdığını vurğulayıb. Görüşdə Azərbaycanla BƏT arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan məsələlər nəzərdən keçirilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info