Gənclərimiz Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb
Tarix: 18.06.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə "Auditoriyada səfirdir" layihəsi çərçivəsində 5-ci görüş keçirilib.
Tədbirdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alan bakalavr, magistr, doktorantlar və dövlət, özəl qurumların gənc əməkdaşları iştirak edib. Layihə çərçivəsində gənclərin qonağı Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar olub.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Gənc Diplomatlar Birliyinin baş katibi Eltun İbrahimov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, ilin əvvəlindən start verilən layihə çərçivəsində artıq bir neçə ölkənin səfirləri və tanınmış iş adamları ilə görüşlər keçirilib, bir neçə ölkənin səfirləri və iş adamları ilə isə görüş üçün razılıq əldə olunub. Eltun İbrahimov çıxışı zamanı bildirib ki, AGDB iyul ayı ərzində Qazaxıstan Respublikasında TÜRKPA ilə birgə böyük bir beynəlxalq layihə həyata keçirməyi planlaşdırır ki, bu layihə türkdilli ölkələrin gəncləri, xüsusi ilə də Qazaxıstan-Azərbaycan gəncləri arasında böyük bir şəbəkənin yaranmasına təkan verəcək. Məqsəd bu ölkələrdə Azərbaycan həqiqətlərinin və zəngin mədəni dəyərlərin geniş təbliğinə, ölkələrimizi və xalqlarımızı bir-birinə bağlayan dəyərlərin önəmliliyini və regional inkişafın birgə əməkdaşlıq resurslarından maksimum yararlanmağın zəruriliyini ictimaiyyətə çatdırmaq və geniş gənclər auditoriyasında müzakirə etməklə dostluq əlaqələrinin inkişafına töhvə verməkdir.
Daha sonra Hindistan Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar çıxış edərək bildirib ki, neçə əsrlərdir ki, Azərbaycan-Hindistan dövlətləri arasında böyük dostluq əlaqələri mövcuddur: “Bizim bu gün Azərbaycanla mədəni, maliyyə sahəsində və s. əlaqələrimiz var. Ümumiyyətlə, Hindistanda tələbələrin bilik səviyyəsi çox yüksəkdir. Hətta deyə bilərəm ki, Hindistanda bir neçə texnoloji universitetlər mövcuddur. Buna misal olaraq göstərə bilərəm ki, məşhur “Microsoft” şirkətinin əsas mərkəzi Hindistanda yerləşir və oradan idarə olunur. Təbii ki, Azərbaycanda da bu kimi yüksək texnolji universitetlər var”.
Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov səfirə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavr, magistr, doktorontlar və dövlət, özəl qurumların gənc əməkdaşları ilə görüşə razılıq verdiyinə görə təşəkkürünü bildirib.
Görüş sual-cavab şəklində davam edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info