Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb
Tarix: 18.06.2014 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


“Bizə imkan vermirlər ki, Azərbaycan dövləti, hökuməti öz ölkəsini daha yaxşı inkişaf etdirsin. Torpaqlarımızın 20%-ni Ermənistan Silahlı Qüvvələri bəzi qonşu ölkələrin köməyi ilə işğal edib və artıq 22 ildir bu torpaqlar işğal altındadır”.
Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Bakıda “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq Konfransında çıxışı zamanı bildirdi. Onun sözlərinə görə, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Ə.Həsənov təəssüflə qeyd edib ki, onların 53%-i, yəni 500 minə qədəri qadındır: “Son 20 ildə 150 min qız uşağı məcburi köçkün kimi dünyaya göz açıb. Əgər bu gün dünyada insan cəmiyyətində qadınların hüquqlarının qorunmasından söhbət getsə də, beynəlxalq aləmdə qadınlar insan cəmiyyətinin ən həssas hissəsi hesab edilsə də, təəssüflər olsun ki, qadınların hüquqlarının qorunması üzrə qəbul olunan qətnamə, bəyannamə, konvensiya, qaydaların icrası bu həssaslığa, zərifliyə cavab vermir. Əgər beynəlxalq aləmdə bu konvensiya, qanunlar qadının hüququnun qorunması ilə bağlı qəbul edilirsə, nə üçün icra olunmur? Beynəlxalq konvensiyalara qoşulan ölkələrdə qadınların hüququnun qorunması beynəlxalq səviyyədə təmin olunmursa, onun təmin edilməsinə mane olanlara qarşı nə üçün tədbir görülmür? Dünyada bütün beynəlxalq təşkilatlar bu problemin həlli üçün qərar və qətnamələr qəbul ediblər. Nə üçün icra olunmur?”
Dövlət Komitəsinin sədri qeyd etdi ki, bu gün qadınlara qarşı zorakılıq davam edir, qadınların hüquqları qaçqın kimi pozulur. Azərbaycan tarixində qadınların qaçqın statusunun olmadığını deyən Ə.Həsənovun sözlərinə görə, bu, son 30 ilin, sovet hakimiyyətinin iflasa uğradığı ərəfədə yaratdığı məhsuludur: “Azərbaycan xanımları da təəssüflər olsun ki, qaçqın adına məhkum olurlar. Bütün dünyada insan hüquqlarının qorunmasından söhbət gedirsə, nə üçün bununla bağlı qəbul olunan qaydalar, qanunlar, qətnamələr icra olunmur? Nə üçün ayrı seçkiliklər var? İkili standartlardan artıq danışmırıq. Artıq ikili standart ömrünü başa vurub və dünyada çoxşaxəli standartlar, ayrı-seçkiliklər var. Bunun hamısı gözümüzün qarşısında baş verir. Əgər hər bir ölkədə hər bir beynəlxalq qurum özü qəbul etdiyi qayda-qanunların icrasını təmin etsə, bu cür haqsızlıqlar, ədalətsizliklər baş verməz”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info