Putin və Poroşenko Ukrayna böhranını müzakirə ediblər
Tarix: 18.06.2014 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Ukrayna və Rusiya prezidentləri Pyotr Poroşenko və Vladimir Putin telefon danışığı zamanı Ukraynanın şərqində davamlı atəşkəs rejiminin reallaşdırılması üçün vacib olan bir sıra birinci dərəcəli tədbirləri müzakirə ediblər. Bu barədə RİA Novosti Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı Ukrayna Prezidentinin sülh planının reallaşdırılması, eləcə də Donetsk və Luqansk vilayətlərində gərginliyin azaldılması çərçivəsində baş tutub.
Məlumatda deyilir: "Ukrayna və Rusiya prezidentləri davamlı atəşkəs rejiminin reallaşdırılması üçün vacib olan bir sıra birinci dərəcəli tədbirləri, eləcə də onun monitorinqinin maksimum effektiv yollarını müzakirə ediblər. Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiyanın dövlət başçısını saxlanılan bütün jurnalistlərin və fəalların azad edilməsinə yardım etməyə çağırıb".
Bu zaman məlumatda söhbətin məhz kimlərdən getdiyi dəqiqləşdirilmir.
Dünən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Poroşenko ilə telefon danışığı zamanı Putin Ukraynada KİV nümayəndələrinin təhlükəsizliyinin heç bir şərt olmadan təmin edilməsinin vacibliyini qeyd edib. Eləcə də dövlət başçıları ikitərəfli Rusiya-Ukrayna münasibətlərinin aktual məsələlərini müzakirə ediblər və Ukraynanın cənub-şərqində atəşkəs rejiminin mümkünlüyü mövzusuna toxunublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info