BSU Məktəb-Lisey Kompleksinin şagirdləri Beynəlxalq Rus dili olimpiadasında uğur qazanıblar
Tarix: 18.06.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Bu günlərdə Moskvada Beynəlxalq Rus dili günü və Puşkinin anadan olmasının 215 illiyinə həsr olunmuş məktəblilər arasında XIII Beynəlxalq Rus dili olimpiadası baş tutub. Olimpiada Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi, Rossotrudniçestvo Federal Agentliyi, Rus Dili və Ədəbiyyat Müəllimlərinin Beynəlxalq assosiasiyası və “Russkiy mir” fondunun dəstəyi ilə A.S.Puşkin adına Rus Dili İnstitutu tərəfindən keçirili. İntellektual olimpiadada dünyanın 29 ölkəsindən 205 məktəbli və müəllim iştirak edib. Azərbaycanı Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdləri Babayev Rauf, Zeynalova İrana, Abbasov Hüseyn, Danoy Vladlena,VII sinif şagirdi Danoy Zlat, həmçinin 160 nömrəli Klassik gimnaziyanın X sinif şagirdi Novruzova Mayadan ibarət nümayəndə heyəti təmsil edib. BSU-nun Mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Ayzatullin Rauf rəhbərlik edib.
BSU-nun və Məktəb-Lisey Kompleksinin təmayülünə uyğun olaraq slavyan dilləri, o cümlədən, rus dili və ədəbiyyatı üzrə keçirilən beynəlxalq tədbirlərdə və bilik yarışlarında iştiraka xüsusi önəm verən rəhbərlik üç ay ərzində şagirdlərin beynəlxalq olimpiadaya hazırlaşması üçün xüsusi tədbirlər planı tərtib etmişdi. Gərgin və maraqlı keçən bu intellektual yarışmanın sonunda Beynəlxalq olimpiadanın 10 nəfər mütləq qalibinin siyahısı açıqlanıb. Ölkəmiz üçün fərəhləndirici haldır ki, bu mütləq qaliblərin sırasında həmyerlimiz Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksinin X sinif şagirdi Hüseyn Abbasov yer qazanıb. Fəxri diplomla təltif olunmasıyla yanaşı, ona Rusiya Federasiyası büdcəsi hesabına Rusiyanın aparıcı ali məktəblərində təhsil almaq hüququ verilib.
Digər şagirdlərimiz də bütün müsabiqə və imtahanlarda özlərini layiqincə göstərərək diplom və sertifikatlarla təltif olunublar. Babayev Rauf, Zeynalova İrana, Novruzova Maya I yer, Danoy Zlata və Danoy Vladlena isə III yerə layiq görülüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info