BMT məruzəçisi Dağlıq Qarabağ problemi ilə bağlı çağırış etdi
Tarix: 18.06.2014 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


BMT Təhlükəsizlik Şurasının “Məcburi köçkünlərin müdafiəsi: Çağırışlar və Təhlükəsizlik Şurasının rolu” mövzusunda “Arria formulası” çərçivəsində qeyri-rəsmi iclası keçirilib. Avstraliya və Çilinin təşəbbüsü ilə keçirilən iclasda bu ilin may ayında ölkəmizdə səfərdə olmuş BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani də çıxış edib. O, Azərbaycana səfəri haqqında danışıb, BMT Təhlükəsizlik Şurasını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməyə çağırıb.
BMT-nin İnsan Hüquqları Şurasının xüsusi məruzəçisi Çaloka Beyani çıxışında 20 ildir məcburi köçürülmə problemi ilə üzləşmiş Azərbaycana bu yaxınlarda səfər etdiyini xatırladıb. Səfəri haqqında ətraflı məlumat verən Ç.Beyani vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını təmin etməlidir.
İclasda çıxış edən Azərbaycan nümayəndələri Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə insanların üzləşdikləri məcburi köçürülmə problemi haqqında məlumat veriblər.
Avstraliyanın BMT yanında daimi nümayəndəsi isə çıxışında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik üzvlüyü dövründə uğurlu fəaliyyətini, Şuranın işinə verdiyi töhfələri qeyd edib.


Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info