“Azərsu” “Asan Xidmət”də müştəri xidmətlərinin göstərilməsinə başlayıb
Tarix: 18.06.2014 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədi ilə islahatları davam etdirir.
Cəmiyyətdən verilən məlumata görə, Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əldə olunan razılığa əsasən, “Asan xidmət” mərkəzlərində “Azərsu” ASC-nin abunəçilərinə bəzi müştəri xidmətlərinin göstərilməsinə başlanılıb.
“Asan xidmət” mərkəzlərində abunəçilər abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, borc haqqında məlumatın (arayış) verilməsi, smart tipli sayğac quraşdırılan tarixdən karta yükləmələr haqqında məlumatın verilməsi, səbəbindən asılı olmayaraq istənilən ödəniş provayderi vasitəsilə həyata keçirilmiş qüsurlu ödənişin bərpa edilməsi (ödənişin bazaya düşməməsi, bazaya düşən ödənişlərin köşklərdə smart kartlara yüklənməməsi və s. hallarda), yeni smart kartların verilməsi, itirilmiş və ya zədələnmiş smart kartların bərpası, qeydiyyatda olan və “Azərsu” ASC-nin Abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart karta yüklənməsi, smart tipli sayğacın digər smart tipli sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi və smart tipli sayğacların istismar qaydaları haqqında məlumatın verilməsi xidmətlərindən istifadə edə bilərlər.
İtirilmiş smart-kartın bərpası üçün 5 manat rüsum istisna olmaqla digər xidmətlər ödənişsizdir. İlkin mərhələdə bu xidmətlər Nərimanov rayonu ərazisində yerləşən 1, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı “Asan xidmət” mərkəzlərində təşkil olunmuşdur. Yaşayış yerindən asılı olmayaraq abunəçilərin bu mərkəzlərdə “Azərsu” ASC-nin xidmətlərindən istifadəsinə məhdudiyyət qoyulmur.
Yaxın vaxtlarda “Azərsu” ASC bütün “Asan xidmət” mərkəzlərində öz xidmətləri ilə təmsil olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır
17.07.2019
SOCAR ikinci rübdə 41 min metrdən çox 3 qazma işi aparıb
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info