“The Guardian”: “Britaniya rəsmilərinə görə, sosial medianın kütləvi izlənməsinə hüquq icazə verir”
Tarix: 18.06.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Çarlz Farr: “Çünki sosial mediadakı əlaqələr xarici kommunikasiya vasitələri ilə bağlıdır”

“The Guardian” qəzeti yazır ki, Böyük Britaniya Təhlükəsizlik və Əks-Terror İdarəsinin baş direktoru Çarlz Farr ölkədə hər “Facebook”, “Twitter”, “Youtube” və “Google” istifadəçisinin izlənməsi üçün həyata keçirilən gizli dövlət siyasətini ifşa etməyə məcbur olub. Qeyd edək ki, daha öncə belə bir siyasət aparıldığı barədə açıqlama yayan və bu barədə leqal siyasətin aparılmasını tələb edən “ Privacy International”, “Liberty”, “Amnesty International”, “The American Civil Liberties Union”, Pakistan təşkilatı “Bytes for All” və digər beş milli mülki azadlıqlarla bağlı təşkilatın çıxışından sonra, Çarlz Farr bəyan edib ki, sosial medianın kütləvi izlənməsi hüquqi baxımdan yolveriləndir. Farrın bu qərarı isə Britaniya və dünya mediasında rezonans doğurub. Onun fikrincə, heç bir fərq qoyulmadan Böyük Britaniya sakinlərinin sosial media əlaqələrinin nəzarətə alınması hüquqi baxımdan düzgündür: “Çünki bu əlaqələr xarici kommunikasiya vasitələri ilə müəyyən edilir”.
Yazıda daha sonra o da qeyd edilir ki, Çarlz Farrın bu qərarı hökumətin Böyük Britaniyada kütləvi qarşısınıalma əməliyyatını həyata keçirmə barədə leqal qaydanı necə istismar etdiyini ilk dəfə ortaya qoymuş olur.
Beləliklə, Farra görə, sosial media “xarici kommunikasiya” olduğu üçün heç bir fərq qoyulmadan nəzarət edilə bilər.
Qeyd edək ki, bu açıqlama ilə Böyük Britaniya hökuməti tərəfindən bu ölkə vətəndaşları arasındakı gizli yazışmaların, danışıqların nəzarətə götürülməsi rəsmi səviyyədə ilk dəfə etiraf edilib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb
19.08.2019
Əfqanıstanda terror aktı nəticəsində 63 nəfər ölüb
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info