Kapello: “Cənubi Koreya məni təəccübləndirmədi“
Tarix: 19.06.2014 | Saat: 01:42:00 | E-mail | Çapa göndər


“Biz bu oyunda bir qədər qapalı oynadıq. Buraxılan qoldan sonra komanda, bacarığını ortaya qoydu. İlk hissədə qol vurmaq üçün xeyli imkanımız oldu, ancaq rəqib təhlükəni aradan qaldıra bildi". Bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello DÇ-2014-də Cənubi Koreya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis rəqibin onu heç nə ilə təəccübləndirmədiyini bildirib: "Cənubi Koreyanın sürətli və pressinqli oyuna üstünlük verdiyini bilirdim. Ancaq rəqib məni heç nə ilə təəccübləndirmədi. İqor Akinfeyevin səhvinə gəlincə onun ümumi çıxışından razı qaldım. Hər bir qapıçının səhv etmək ehtimalı olur. Oyundan sonra ona heç nə demədim". Qeyd edək ki, Rusiya - Cənubi Koreya matçı 1:1 hesabı ilə başa çatıb. Rusiya yığması dünya çempionatı çərçivəsində Cənubi Koreya ilə sülhə razılaşaraq, tarixində ilk dəfə mundialın final turnirində heç-heçə edib. Cənubi Koreya yığmasının baş məşqçisi Xon Men Bo Rusiya ilə oyundan sonra keçirilən mətbuat konfransında rəqibi yaxşı öyrəndiklərini bildirib: "Li Qın Xonu meydana buraxmağı planlaşdırdım, çünki Rusiyanın mərkəz müdafiəçiləri çox yavaş idilər və onların ikinci hissədə yorulacaqlarını bilirdim. O, öz işinin öhdəsindən layiqincə gəldi və qol vurdu. Qana məğlubiyyəti önəmli deyil. Bu, sadəcə təlim-məşq toplanışının bir hissəsi idi. Biz oyun ritmini qurduq və bu, işə yaradı. Rəqibi yaxşı öyrənmişdik. Lakin ikinci hissədə qapımızda təhlükə yaranmışdı. Biz topu saxlamağa çalışdığımız halda, ruslar əks hücumlara çıxırdılar. Bu, onların güclü tərəfidir. Rəqibin qol vurmağına icazə verdik. Halbuki, bizi qələbə qane edirdi. Artıq Əlcəzairlə oyunu düşünməliyik".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info