Rusiyada miqrantların qiyməti artır?
Tarix: 19.06.2014 | Saat: 01:52:00 | E-mail | Çapa göndər


Bundan sonra rusiyalı iş adamlarından işə götürdükləri miqrantlar üçün ilk gündən başlayaraq Rusiya Pensiya Fonduna sığorta haqları ödəmək tələb olunacaq. Halbuki əvvəllər bu, hər hansı bir miqrant əmək fəaliyyətinə başladıqdan ən azı altı ay sonra həyata keçirilirdi.
Bu qanun layihəsini Rusiya Dövlət Duması iyunun 17-də ikinci oxunuşda qəbul edib. Ölkənin Əmək Nazirliyinin təklif kimi, belə bir qaydanın qəbulu Rusiya bazarında bütün işçilər üçün ictimai təhlükəsizlik baxımından da ən azı bərabər imkanlar yaradacaq. Bununla yanaşı, qeyd etmək yerinə düşər ki, Rusiyada təqaüdçü miqrantlara pensiya ödənişi məsələsi hələ də açıq olaraq qalır. Beləliklə, qeyd edildiyi kimi, 2015-ci ildən başlayaraq, rusiyalı iş adamalarından xarici işçilər üçün sığorta haqları ödəmək tələb olunacaq. Eyni zamanda, Rusiyaya müvəqqəti olaraq işləmək üçün gələn və hər hansı bir yaşayış icazəsi olmayan şəxslər işlə təmin edilmək üçün iş icazəsi almalı olacaqlar. Qeyd edək ki, bütün bu tələblər təkcə Belarus və Qazaxıstan vətəndaşlarına şamil edilmir.
Bir daha xatırlatmaq yerinə düşər ki, 2013-cü ildən bu günə qədər belə miqrantları işə götürən rusiyalı iş adamları, əmək müqaviləsi ən azı altı aydan bir ilə qədər imzalandığı təqdirdə, bu ödənişi Rusiya Federasiyasının Pensiya Fondu vasitəsilə həyata keçirirdilər.
Bu yeni qanun layihəsi Əmək Nazirliyi tərəfindən nəzərdən keçirilərək, sözügedən dəyişikliklə ikinci oxunuşda qanuni qüvvəyə minib. Əmək Nazirliyi tərəfindən yenilik kimi təsdiq edilən qanunun müəllifləri Duma Komitəsinin əmək və sosial siyasət məsələləri üzrə rəhbəri Andrey İsayev və Federasiya Şurasının üzvü Valeri Ryazanskidir.
«Bu standartın qəbul edilməsi xarici və yerli rus işçilərinin qüvvəsinin dəyərini bərabərləşdirməyə imkan verir, Bu addımın zəruriliyi istiqamətində ilk addımı hələ 2012-ci ildə nazir Maxim Topilin təklif etmişdi». Əmək Nazirliyinin mətbuat xidmətinin məlumatında belə deyilir.
«Hazırda mövcud olan qanunvericilik bir çox işəgötürənləri faktiki olaraq tədiyyə fəaliyyətlərindən uzaqlaşmağa hesablanıb” deyə layihə müəlliflərindən olan Andrey İsayev bildirib. Onun sözlərinə görə, bu miqrantlar, hətta yerli işçilərlə bərabər əməkhaqqı alsalar belə, işəgötürənlər üçün daha əlverişli görünürlər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info