İƏT ölkələri miqrant işçilərlə bağlı birgə məlumat bazası yaradır
Tarix: 19.06.2014 | Saat: 01:56:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin Bakıda keçirilən ilk iclası dünən başa çatıb. İki gün davam edən iclasda Komitəyə 9 üzv ölkənin (Azərbaycan, Türkiyə, İndoneziya, Qvineya, Kamerun, Küveyt, Səudiyyə Ərəbistanı, Liviya və Malayziya) aidiyyəti dövlət qurumlarının yüksək səviyyəli rəsmiləri, İƏT-in Katibliyi və tabe təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının nümayəndələri iştirak edib.
İclasda qeyd olunan çərçivə sənədinin icrası məqsədilə hazırlanmış Fəaliyyət Planının layihəsi geniş və işgüzar müzakirələrdən sonra, iclas iştirakçılarının təklifləri də nəzərə alınmaqla qəbul olunub. Fəaliyyət Planında İƏT-ə üzv ölkələr arasında əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı üzrə 2014-2016-cı illər üçün texniki əməkdaşlıq istiqamətləri (əməyin təhlükəsizliyi və sağlamlığı üzrə göstəricilər, qlobal səviyyədə sistem (GHS), neft-qaz sənayesində, kimyəvi istehsal sahələrində, tikinti sektorunda əməyin təhlükəsizliyi və sağlamlığının inkişafı və s.) əksini tapıb.
Həmçinin bu illər ərzində üzv ölkələrdə əməyin təhlükəsizliyi və sağlamlığı standartlarının geniş şəkildə tətbiqi, cari il ərzində isə dövlət əmək müfəttişliyi xidmətləri üçün vahid əməyin təhlükəsizliyi və sağlamlığı anlayışları üzrə tətbiqetmə siyasətinin hazırlanması nəzərdə tutulur. Planda əmək bazarı üzrə statistik məlumatların toplanmasının təşkili işlərinin əlaqələndirilməsi (2014-2015-ci illər), miqrant işçilərlə bağlı birgə məlumat bazasının yaradılması (2014-2016-cı illər) da yer alıb.
Bununla yanaşı, Fəaliyyət Planı məhbusların və məcburi köçkünlərin iqtisadi cəhətdən inteqrasiyasına yönələn təlim sistemi (2014-2016-cı illər), işçi hüquqlarının müdafiəsi və əmək bazarı üzrə qanunvericilik (2014-2015-ci illər) sahələrində də əməkdaşlığın həyata keçirilməsini, habelə İƏT-in Əmək bazarı və peşə təlimi mərkəzinin yaradılmasını nəzərdə tutur.
Səsləndirilən təkliflərə uyğun olaraq, istehsalat qəzaları ilə bağlı sosial sığorta sisteminin tətbiqi, habelə əmək və məşğulluq problemlərinin həllinə islami prinsiplərdən yanaşma kimi məsələlər də ayrıca bəndlər kimi sənədə daxil edilib. Sənəddə qeyd olunan məsələlərin həlli ilə əlaqədar sponsor tərəflər də müəyyən olunub.
İclas çərçivəsində Malayziya tərəfinin Dövlət Məşğulluq Xidmətləri üzrə Şəbəkəyə dair təqdimatı olub. Tədbirin nəticələri kimi həmçinin İƏT-in Əmək Nazirlərinin növbəti konfransına təqdim olunmaq üçün hesabat və İcra Proqramının layihəsi də nəzərdən keçirilərək qəbul edilib.
Xatırladaq ki, İƏT-in əmək nazirlərinin növbəti konfransı 2015-ci ildə İndoneziyada keçiriləcək. Həmin vaxta qədər İƏT-in Əmək, məşğulluq və sosial müdafiə ilə bağlı Çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəyə sədrliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi və İçəriəşəhərlə tanış olublar.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info