Azad Rəhimov gənclərin beynəlxalq “Böyük İpək Yolu“na qatılıb
Tarix: 19.06.2014 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Yunanıstanın Saloniki şəhərində keçirilən "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının III üzvlər iclasına qatılıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 28 ölkənin gənclərinin bu mötəbər tədbirdə iştirakını yüksək qiymətləndirən Azad Rəhimov bu münasibətlə onları təbrik edib: "Bu yeni platforma qısa müddətdə dünya gənclər hərəkatında öz yerini tapıb və sıralarını genişləndirərək beynəlxalq müstəvidə bir çox layihələr həyata keçirib. Qeyd etməliyəm ki, gələcəkdə də təşkilat tərəfdən irəli sürülən maraqlı ideyaları dəstəkləməyi Azərbaycan hökuməti öz üzərinə götürür."
Nazir tədbir iştirakçılarını oktyabr ayında BMT-nin təşəbbüsü ilə Bakıda baş tutacaq "Gənclər siyasəti üzrə Qlobal Forum"a dəvət edib.
Daha sonra iclas seksiyalarda öz işini davam edib.
Eyni zamanda, səfəri çərçivəsində nazir Azad Rəhimov Saloniki şəhərinin meri Yannis Butarislə və Yunanıstanın Makedoniya və Frakiya üzrə naziri Yorqos Orfanocla da görüşlər keçirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info