Avropa Birliyi Azərbaycanda bərpa olunan enerji sahəsində 14 mln. avroluq layihəni maliyyələşdirəcək
Tarix: 19.06.2014 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Bakıda “Alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadənin təkmilləşdirilməsinin maliyyə stimulları” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən Enerjidən Səmərəli İstifadə üzrə Dövlət Proqramının işçi qrupunun rəhbəri, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cəmil Məlikov Alternativ və bərpa olunan enerji mənbələrindən və enerjidən səmərəli istifadənin (ESİ) təkmilləşdirilməsinin maliyyə stimullarının hazırlanması zamanı görülən işlər barəsində ətraflı məlumat verib. O bildirib ki, artıq bu proqram həyata keçirildiyi müddətdə kifayət qədər nailiyyətlər əldə olunub. Onlardan biri də Azərbaycan prezidenti tərəfindən alternativ və bərpa olunan enerji mənbələri üçün avadanlıqların ölkəyə gətirilərkən gömrük rüsumundan azad olunmasıdır: “Bununla belə, bu sahədə hələ də problemlər qalmadadır. Bunlardan başlıcası isə bu sahəyə investisiyaların və investorların cəlb olunmasıdır. Bu sahənin inkişafı üçün əsas prioritet də budur ki, bu sahəyə investorlar maraq göstərsinlər və bu sahəyə investisiyalar yatırmaqda maraqlı olsunlar”. C.Məlikov bütövlükdə bu sahəyə cəmiyyətdə böyük marağın olduğunu vurğulayıb, O, son illər Dövlət Agentliyi tərəfindən ölkədə həyata keçirilən sosial və dövlət əhəmiyyətli layihələrdən danışıb: “Bu gün ölkədə istehsal olunan ümumi enerji istehsalının 8%-i alternativ və bərpa olunan enerjinin hesabına əldə olunub. Məqsədimiz qurulan yeni günəş panelləri və külək enerjisi istehsal edən avadanlıqların köməyi ilə gələcəkdə bu rəqəmi Avropa ölkələrində olduğu kimi, ümumi enerji istehsalının 20%-ə çatdırılmasına nail olmaqdır”.
C.Məlikov qeyd edib ki, Avropa Birliyinin maliyyə vəsaiti hesabına həyata keçirilən layihə gələcəkdə daha da genişləndiriləcək.
Avropa Birliyinin layihə meneceri Maqro Qomez Miqel isə qeyd edib ki, Avropa alternativ və bərpa olunan enerji mənbələrinin əldə olunmasına və istifadəsinə olduqca böyük önəm verir. Onun sözlərinə görə, bu səbəbdən Azərbaycanın bu sahədə irəliləyiş əldə etməsində və bu sahə üzrə Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar: “Bu proqrama uyğun olaraq layihə üçün 14 mln. avro ayırıb və bu layihə 3 il müddətində davam edəcək. Avropa Birliyi bu layihəyə davamlı olaraq dəstək verəcək. Əmin olmaq istərdik ki, bundan sonra bu sahədə ölkədə daha böyük dəstək veriləcək, Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri sahəsində nailiyyətlər və uğurlar əldə olunacaq”.
Sonda layihə ətrafında geniş müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info