Azərbaycan Dövlət İqtisad Universiteti 84 yaşını qeyd edir
Tarix: 19.06.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin yaranmasından 84 il keçir. Universitet Azərbaycan SSR Xalq Komissarları Şurasının 19 iyun 1930-cu il tarixli qərarı ilə Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Ticarət-Kooperativ İnstitutu kimi təsis edilib. ADİU indiyədək minlərlə müxtəlif profilli iqtisadçı hazırlayaraq sənaye, kənd təsərrüfatı, ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və digər sahələrin yüksək ixtisaslı kadrlarla təmin edilməsində mühüm rol oynayıb. Ölkə iqtisadiyyatı üçün ali təhsilli kadrlar hazırlayan ADİU-nun 84 illik tarixinin ən yaddaqalan illəri bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət İqtisad İnstitutu və Bakı Əmtəəşünaslıq İnstitutunun bazasında yeni ali məktəb – Azərbaycan Dövlət İqtisad Universiteti yaradılıb. Beləliklə, ADİU kiçik bir fakültədən bu gün Azərbaycanın aparıcı təhsil müəssisələrindən və Qafqazın ən böyük ali iqtisad təhsili ocaqlarından birinə çevrilib. Azərbaycan Dövlət İqtisad Universitetinin maddi-texniki bazası davamlı olaraq möhkəmlənməkdədir. O cümlədən, ali təhsil ocağında Avropa təhsil sisteminə qoşulma ilə əlaqəli dövlət tədris proqramları müasir tələblərə uyğunlaşdırılıb. ADİU-da informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunur. Ölkəmizdə ilk dəfə ADİU-da “Magistr hazırlığı mərkəzi” elmi-tədqiqat institutu yaradılıb. ADİU Azərbaycanın xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı ilə 1993-cü ildə universitetin Dərbənd filialı yaradılıb. Filialın yaradılmasında əsas məqsəd Rusiya Federasiyanın Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq, onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Bu gün Dərbənd filialında 5 ixtisas üzrə bakalavriat hazırlanır. Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd filialının yeni təhsil kompleksinin tikilərək istifadəyə verilməsi nəzərdə tutulub. Son tamamlanma işləri başa çatmaqda olan müasir tələblərə cavab verən tədris korpuslarında 1500 tələbənin təhsil almasına imkan yaradılıb. Kampus tipli yeni təhsil kompleksinə 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey daxildir. Bu gün Cənubi Qafqaz ölkələrinin ən böyük ali təhsil ocaqlarından biri sayılan Azərbaycan Dövlət İqtisad Universitetində 11 fakültə fəaliyyət göstərir, 21 ixtisas üzrə 18 mindən çox, o cümlədən dünyanın 14 ölkəsindən tələbə və magistrant təhsil alır. Ali təhsil ocağında 120 professor, 600 dosent çalışır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
19.11.2019
ADRA əməkdaşları beynəlxalq sertifikatla təltif olunublar
19.11.2019
Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
19.11.2019
Azərbaycanda son 4 il ərzində qadın hakimlərin sayı artıb
18.11.2019
STM yeni imtahan modeli ilə bağlı hesabatını təqdim edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10945

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
4 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek
5 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info