Kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətləri ilə bağlı qanunlara dəyişiklik edilir
Tarix: 19.06.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilməsi nəzərdə tutulur.
Milli Məclisdən verilən məlumata görə, qanunlara edilən dəyişiklərin əsas məqsədi kəşfiyyat və əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətlərini "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğunlaşdırmaqdır.
Belə ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunun 7-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda olan həmin maddədə isə öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslərin öyrənilməsi qeyd olunub.
"Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunun 6-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur.
Mövcud qanunda isə öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslərin öyrənilməsi qeyd edilib.
Qeyd edək ki, hər iki qanun layihəsi parlamentin iyunun 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Şəhid ailələri və müharibə əlillərinə ev verilib
23.11.2020
Qarabağ regional ədliyyə idarəsi təsis olunub - Fikrət Məmmədov
23.11.2020
BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi
23.11.2020
Nobel mükafatçısı 3 yaşlı Xədicəyə yardım ayırdı
22.11.2020
ÜST-dən qorxunc açıqlama – Üçüncü dalğa

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Зачистка по-пашиняновски. Усидит ли армянский премьер на посту до конца года
2 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
3 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
4 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
5 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info