Yeni media ilə bağlı sayt yaradıldı
Tarix: 19.06.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeni media və sosial şəbəkələrdə gənclərin ictimai məsuliyyətinin artırılması” layihəsi çərçivəsində “yenimedia.info” adlı yeni sayt yaradılıb. Bu barədə ictimai birlikdən məlumat verilib. Sayt yeni media vasitələri və sosial şəbəkələr barədə gəncləri və cəmiyyəti maarifləndirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, layihənin məqsədi yeni mediada – online saytlarda və sosial şəbəkələrdə, yaxud “vətəndaş jurnalistikası” iddiası ilə çıxış edən gənclərdə ictimai məsuliyyət hissinin formalaşdırılmasına yardımçı olmaqdır. Bu məqsədlə gənclərin yeni media vasitələrində çıxışında etik normaların, cəmiyyət qarşısında cavabdehlik şüurunun, Azərbaycan millətinin dəyərlərinə, ənənələrinə sayğı ilə yanaşma hissinin formalaşdırılmasına yardım etmək məqsədi güdülür.
Layihə çərçivəsində internetdə və sosal şəbəkələrdə aktiv olan, amma ictimai və hüquqi məsuliyyət baxımından problemləri olan yeniyetmə və gənclərin bu sahədə bilik və bacarıqlarını artırmaq, onları düzgün yönləndirmək və vərdişlər qazandırmaq üçün “Sosial şəbəkələrdə və yeni mediada düzgün iştirak” mövzusunda Bakıda səkkiz dəfə təlim keçirilib. Bundan başqa jurnalist olmaq istəyən gənclər üçün “Jurnalist olmaq istəyən gənclərin və tələbələrin yeni media vasitələrindən hüquqi və ictimai məsuliyyət baxımından düzgün yararlanması” mövzusunda təlimlər keçirilib. Həmçinin “yeni media və sosial şəbəkələrdə düzgün iştirak günün tələbidir” adlı kitabça əsasən yeniyetmə və gənclər, eləcə də gənclər təşkilatları və QHT-lər, müvafiq qurumlar arasında paylanacaq.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info