ADA-da “Asiyaya doğru“ adlı layihənin təqdimat sessiyası keçirilib
Tarix: 19.06.2014 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Asiyaya doğru" (Capstone) adlı layihənin təqdimat sessiyası keçirilir.
ADA-nın Diplomatiya və Beynəlxalq Münasibətlər üzrə təhsil alan magistratura proqramının tələbələri Asiya regionunun biznes imkanlarını araşdırmaq məqsədilə tədqiqat layihəsi çərçivəsində bu ilin mart ayında Vyetnam, Monqolustan və Yaponiyaya səfər ediblər.
Vyetnam və Monqolustan səfərlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) iki nümayəndəsi də iştirak edib. Tələbələr həmin ölkələrin iqtisadi, siyasi, sosial və mədəni həyatlarını araşdırıb, toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və bu profillərə uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib.Tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, bu gün Azərbaycanın qeyd edilən bu üç ölkə üzrə 27 mütəxəssisi var: “Bu regionda biznes qurmaq istəyən iş adamları həmin ölkələri hərtərəfli öyrənən tələbləri tapmaqlarını tövsiyə edirəm. Hesab edirəm ki, "Capstone" layihəsi bundan sonra da davam etməlidir. Bundan əvvəl tələbələr Cənubi Afrikada olublar. Bundan sonra isə ola bilsin, Latın Amerikası və ya başqa ölkələrdə olsunlar. Bu ölkələrdə iş qurmağa maraq göstərən iş adamları üçün bu tələbələr çox yaxşı sərmayədir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info