“Nar Mobile” abunəçiləri “Asan İmza” mobil elektron imza xidmətindən yararlana biləcəklər
Tarix: 19.06.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


“Nar Mobile” mobil rabitə operatoru «Asan İmza» mobil elektron imza xidmətini işə salıb.
Şirkətdən verilən məlumata görə, «Asan İmza» elektron xidmətlərdə avtorizasiya və elektron sənədlərin imzalanması baxımından rahat, etibarlı və təhlükəsiz bir alətdir. “Asan İmza” mobil elektron imza texnologiyasının açar üstünlükləri smart kartın oxunması üçün əlavə qurğuların və proqram təminatının istifadəsinə ehtiyacın olmamasıdır. Xidmətin istifadəsi üçün autentifikasiya və elektron imza rəqəmsal açarlarının saxlanıldığı SIM karta əsaslanan mobil telefonun mövcudluğu kifayətdir.
“Nar Mobile” mobil operatoru daim təkmilləşən şəbəkə, çox sərfəli tariflər və nəzərə çarpan müştəri qayğısı ilə abunəçilərinin ehtiyaclarını ödəmək siyasətinə sadiq qalır. “Asan İmza” haqqında əlavə məlumatı www.asanimza.az saytında əldə etmək mümkündür.
Qeyd edək ki, “Nar Mobile” mobil operatoru 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim edib və abunəçilərin rəğbətini qazanıb. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
04.12.2020
Regionlarda QHT-lərə təşkilati dəstək göstərilib
04.12.2020
Vəzifəm Azərbaycan ilə Rusiya arasında ticari - iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə kömək etməkdir
04.12.2020
“Şəhidlik yaxşı ölümdür“ deyirdi - Şəhid Tural Rəhimov
04.12.2020
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi
03.12.2020
Azərbaycan yeni hərbi-siyasi reallıq yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Metyu Brayza: “Fransa ATƏT-in Minsk Qrupunun həmsədri ola bilməz”
2 Зия Буниятов: “На Кавказе апостольской была Албанская, а не Армянская церковь“
3 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
4 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
5 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info