Son 10 ildə 2 mindən artıq qadın sahibkara 50 milyon dollardan çox kredit verilib
Tarix: 19.06.2014 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı Beynəlxalq konfransı davam edib.
AzərTAc xəbər verir ki, konfransın ikinci günü “Qərarlardan icraya doğru” sessiyası UNESCO üzrə Azərbaycan Respublikasının Mİlli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın moderatorluğu ilə keçirilib.
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası kontekstində qadın hüquqlarının səmərəli müdafiəsi mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı haqqında məlumat verən nazir müavini bu inkişafda qadınların rolundan danışıb. O vurğulayıb ki, Azərbaycanda gender aspektinə yüksək diqqət yetirilir və bu, qadınların ölkənin ictimai-siyasi həyatında rolunun genişləndirilməsinə şərait yaradır.
Nazir müavini qadınların elmin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. O bildirmişdir ki, Azərbaycan elmində də qadınların xüsusi rolu var. Belə ki, doktorantların 49,2 faizi, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqatla məşğul olan, elmlər doktoru dərəcəsi alan qadınların sayı 1,8 dəfə, fəlsəfə üzrə elmlər doktoru dərəcəsi alanların sayı isə 1,6 dəfə artıb.
Eyni zamanda məlumat verilib ki, Azərbaycan Respublikası Milli Məclisində 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün bu rəqəm 16 faizə bərabərdir. Bələdiyyə üzvü seçilən qadınların sayı əvvəlki illərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4 mindən çox olmuşdur. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 28 faiz, sahibkarlar arasında isə 17 faiz artıb. S.Həsənova qeyd edib ki, son dövrlərdə qadınların məşğulluq imkanlarının artırılması biznesə başlamaq və onu inkişaf etdirmək üçün yaxşı imkanlar yaradıb. Son 10 ildə 2 mindən artıq qadın sahibkara 50 milyon dollardan, o cümlədən ötən il 430 qadın sahibkara 10 milyon dollardan çox kredit verilib.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov “Qadın hüquqlarının müdafiəsi qanunvericilik və təcrübə kontekstində” mövzusunda çıxış edərək bildirib ki, ölkəmizdə qadınların hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası var. F.Qurbanov bu sahədə bir sıra qanunların qəbul edildiyini qeyd edib. O məlumat verib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib və bu proqramda qadınların hüquqlarının müdafiəsinə dair müddəalar da yer alır.
F.Qurbanov qeyd edib ki, Azərbaycan, eyni zamanda, bu sahədə beynəlxalq təcrübəni də öyrənir.
Sessiyada “Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər”, “Qadın və uşaqların hüquqlarının müdafiəsinin beynəlxalq hüquqi aspektləri və xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənəcək.
İyunun 20-də başa çatacaq konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info