“Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümü başlandı
Tarix: 19.06.2014 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Qusarda yerləşən “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə başlandı. Bu istirahət mərkəzində turistlər üçün 12 növ müxtəlif əyləncə və idman oyunları nəzərdə tutulub. Burada yeni başlayanlar, eləcə də daha təcrübəli turistlər üçün çoxlu sayda dağ gəzintiləri təşkil edilir. Yalnız ailə və ya dostlarla gəzmək istəyənlər fərdi gəzintilər sifariş verə bilərlər. Turizm kompleksində uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzintidən həzz almaq imkanı da yaradılıb.
Qısa təlimatdan sonra gəzinti xüsusi müəyyənləşdirilmiş cığır çərçivəsində həyata keçirilir. Kompleksdə bacarığa uyğun olaraq müxtəlif ərazilərdə və ya dağdan aşağıya doğru velosiped sürməklə gözəl dağ mənzərələrindən zövq almaq imkanı yaradılıb. Dağda seqveylə gəzinti də turistlərin ən çox sevdikləri əyləncələrdəndir. Seqveylər iki təkərli, öz-özünü tənzimləyən elektrik nəqliyyat vasitəsi kimi gəzinti üçün çox əyləncəli vasitədir. Turistlərə seqveylə gəzinti üçün istirahət guşəsinin yüksəkliklərinin valehedici gözəlliyindən həzz almaq üçün bir neçə cığır təqdim olunur. Xüsusi bələdçilər qonaqlara dağa qalxmaqda kömək edirlər.
İstirahət mərkəzində kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün 3 yırğalanan qala mövcuddur. İyulun 1-dək istirahət mərkəzində peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə də xidmətlərin təşkili nəzərdə tutulub. “Şahdağ” Qış–Yay Turizm Kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info