DSMF-nin saytında “Pensiya+” xidməti ilə bağlı interaktiv sorğu keçirilib
Tarix: 19.06.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az, www.dsmf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb. Bu dəfəki sorğu zamanı respondentlərə “Sizcə, “Pensiya+” xidməti sizə hansı üstünlükləri verir?” sualı ünvanlanıb. Sorğuda iştirak edənlərin çoxu – 69,93%-i bildirib ki, “Pensiya+” xidməti plastik kartlar vasitəsilə vəsaitin nağdlaşdırılması hallarını azaldıb. Respondentlərin 18,18%-inin fikrincə, bu xidmət nağdsız hesablaşmaların əhatə dairəsini genişləndirib. Rəy bildirənlərin 11,89%-i isə “Pensiya+” xidmətinin hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı verdiyini qeyd edib. Sorğunun nəticələrindən göründüyü kimi, respondentlərin böyük əksəriyyətinin fikrinə əsasən, “Pensiya+” xidməti plastik kartlar vasitəsilə vəsaitin nağdlaşdırılması hallarını azaldıb. “Pensiya+” xidməti əmək pensiyaçılarının öz çoxfunksiyalı plastik kartlarından nağdsız ödəniş vastəsi kimi istifadə etməsinə nail olmaq istiqamətində həyata keçirilən tədbirlərdəndir. Bu xidmət çərçivəsində Azərbyanca Beynəlxalq Bankına məxsus bütün pensiya kartlarının sahibləri üçün avtomatik olaraq aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradılır. Kredit limiti yalnız nağdsız alış-veriş zamanı istifadə oluna bilər və bu xidmətə görə pensiyaçılardan hər hansı xidmət haqqı tutulmur. Ölkəmizdə 2004-cü ildən etibarən pensiyaların plastik kartlarla ödənilməsinə başlanılıb. Ötən dövrdə pensiyaların plastik kartlarla ödənişinin bütün pensiyaçıları əhatə etməsi tədbirləri daha da genişləndirilib. Hazırda pensiya ödənişi aparılan kənd yerlərində yaşayan pensiyaçıların 99,7 faizinin, şəhərlərdə yaşayan pensiyaçıların 100 faizinin, ümumilikdə isə 99,9 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub. DSMF -nin internet saytında dövrü olaraq bu tipli sorğuların keçirilməsində başlıca məqsəd əhalinin ölkəmizdə davam etdirilən sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr istiqamətində təbliğat işlərini gücləndirməkdir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info