“Foreign Policy”: “İŞİD-in separatizm təntənəsi üçün heç bir şansı yoxdur”
Tarix: 19.06.2014 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


“Onun fəaliyyəti Sayks-Piko anlaşmasına da ziddir”

“Son bir neçə ildə Suriyanın bir-birilə düşmənçilik edən knyazlıqlara parçalanması, İraqın fəlakətli vətəndaş müharibəsindən sonra zorla bərpa olunması məsələlərini şərh edən amerikan şərhçiləri Sayks-Piko razılaşmasının bir çox çatışmazlıqlarını sadalayırlar. Bu razılaşma 1916-cı ildə baş verib, əsasında Yaxın Şərq dövlətləri sisteminin formalaşması durur. Anlaşmaya əsasən, 1916-cı ildə Osmanlı imperiyasının ərəb dünyasındakı mülkü Britaniya və Fransa “nüfuz dairələri”nə bölündü. Bu isə regiondakı müasir dövlət sərhədlərinin yaranmasına gətirib çıxardı”. Bu barədə bloqqer və Corctaun Universitetinin Türkiyə tarixi üzrə ixtisaslaşmış doktorantı Nik Denfort yazır. Onun məqaləsi “Foreign Policy”də dərc edilib.
Qeyd edilir ki, Mosulun “İraq və Levanta İslam Dövləti”(İŞİD) adlı silahlı qruplaşma tərəfindən tutulması, “The Guardian”ın təbirincə, “Sayks-Piko anlaşmasının sonunun başlanğıcıdır”.
Yazıda müəllif bildirir ki, İŞİD az öncəki uğurları ilə çoxlu paradokslar yaradıb: “Bunlar isə bizim Yaxın Şərqlə bağlı təsəvvürlərimizlə ziddiyyət təşkil edir”.
Müəllif bu ziddiyyətə misal çəkir: “Məsələn, özlərini adlandırmalarını götürək: “İraq və Levanta İslam dövləti”. Görünür ki, İŞİD rəhbərliyi öz “dövləti” üçün vahid coğrafi ad fikirləşə bilməyib. Amma bəzən Suriya kimi tərcümə olunan əş-Şam və ya “Böyük Suriya” kimi anlaşılan “Levant” onların iddia etdiyi coğrafiyanı çox yaxşı ortaya qoyur. Bu ad son dəfə mərkəzi Dəməşq olan Osmanlı imperiyasının əyaləti üçün işlədilib.
İraq isə britaniyalılar 1920-ci illərdə peyda olandan sonra vacib coğrafi termin kimi işlədilib. İŞİD təsdiq edir ki, iki regionu birləşdirir. Ərəb üsyanının lideri Feysəl və daha sonra İraq kralı 1920-ci ildə paytaxtı Dəməşq olan Ərəb Krallığının ərazisini Türkiyənin cənubundakı Tavr dağından Sinay yarımadasına qədər hesab edib, amma bura şərqdəki İraq daxil olmayıb”.
Tarixçi hesab edir ki, İŞİD-in regional separatizmlə bağlı təntənə üçün heç bir şansı yoxdur. O da özündən əvvəlki rejimlər kimi şanssızdır.
İŞİD-in ötən həftəyə qədər nəzarət etdiyi ərazi üçün heyranedici tarixi prototiplərdən biri də odur ki, Yaxın Şərqin oturaq və köçəri regionları əvvəlki kimi bölünüb. Osmanlılar zamanındakı xəritədə Suriyanın bütün əsas şəhərlərinin daxil olduğu qərbdə yerləşən oturaq camaat “suriyalılar” adlanırdı, şərqə doğru səhrada yaşayanlar isə “ərəb” kimi qeyd edilirdi. Nəticədə İraq və Suriyanı ayıran ərazi Sayks-Piko sistemini yaradanlar üçün xüsusi önəm kəsb etmirdi. Amma sonra İŞİD region dövlətlərinin mövcud sisteminin hüdudlarından kənarda, dövlətlər arasındakı idarəolunmaz ərazilərdən fəaliyyətə başlamağa nail oldu. İŞİD bu barədə özündən əvvəlki üsyançı qrupları təkrarlamış oldu”.
Tarixçi qeyd edir ki, “milli özünüdərk və tarixi iddialar” əsasında sərhədlərin formalaşması yetərincə anlamsızdır: “Bunun alternativi - şərtsiz olaraq presedentə əsaslanmaq və mövcud sərhədləri tanımaq – bir o qədər də məntiqli deyil. Məsələn, çoxlu səbəblər var ki, Ukraynanın ərazi bütövlüyü Rusiya aqressiyasından müdafiə edilsin. Amma maneçilik törədən bir məqam var – Ukrayna indiki ərazisinə və formasına, Stalin ona Polşadan torpaq alıb verəndən sonra sahiblənib.
Taleyin ironiyasından, hazırda uğurlu eksperiment kimi Avropa Birliyini göstərmək olar - Bu, 19-cu əsrdə avropalılar tərəfindən çəkilmiş köhnəlmiş sərhədlərin məhv edilməsi cəhdləridir. Bu konsensus da ondan doğur ki, qitədə sərhədlərin müəyyənləşməsi uğrunda yüzillik müharibənin kimsəyə xeyir gətirmədiyi gec də olsa dərk edilib”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info