“Rusiya Qarabağ münaqişəsini həll etməklə çox şeyə nail ola bilər”
Tarix: 19.06.2014 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


“Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Bakıda keçirilən son görüşündə əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib. Rusiyanın bu məsələdə əvvəlcədən xüsusi mövqeyi olub. Bu münaqişənin başlanmasının ilkin inkişaf mərhələlərində Rusiyanın müvafiq mənfi töhfələri də var idi”.
Bunu xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Nazir müavininin sözlərinə görə, sonradan Rusiya münaqişəsinin həllində irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk qrupunda həmsədr kimi müəyyən addımlar atmaqla və müzakirələrdə iştirak etməklə, özünün də məsələnin həllində mövqeyini yenidən nəzərdən keçirib, bir mövqeyinin formalaşmasına nail olub. O, deyib:
"Anladığım qədər Rusiyanın bu məntəqədə əsas marağı Azərbaycanla bağlı olmalıdır. Çünki Azərbaycan ən böyük əraziyə, ən böyük insan resursuna malik, ən sabit, etibarlı və ən qabiliyyətli hökuməti olan ölkədir. Azərbaycan Rusiya üçün yaxşı tərəfdaş ola bilər. Məncə, Rusiyanın əsas marağı Azərbaycanı inkişaf etmiş, sabit, etibarlı strateji qonşu kimi görməkdən ibarət olmalıdır. Rusiya problemi həll etməklə, Azərbaycana yardım göstərməklə, çox şeyə nail ola bilər. Bu anlayış Rusiyada nə qədər çox formalaşsa, möhkəmlənsə, kök salsa, biz bir o qədər Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxın olarıq”.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info