Multikulturalizmlə bağlı beynəlxalq layihənin icrasına başlanıb
Tarix: 19.06.2014 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) ölkə gənclərinin inteqrasiyası, beynəlxalq əlaqələrinin genişləndirilməsi, əcnəbi gənclərin ölkəmiz, onun çoxmədəniyyətli, tolerant ənənəsi haqqında məlumat səviyyələrinin yüksəldilməsi, mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində təcrübə, informasiya mübadiləsi istiqamətində uğurlu fəaliyyətini davam etdirməkdədir.
Bu məqsədlə ADTGT 2014-cü ilin iyunun 17-dən 3 (üç) ay müddətində davam edəcək, “Multikulturalizmin Azərbaycan Modeli” Beynəlxalq Gənclər Forumu adlı maariflənməni, təcrübə və informasiya mübadiləsini nəzərdə tutan layihənin icrasına başlayıb. Bu haqda ADTGT İctimai əlaqələr və informasiya departamentindən məlumat veriblər.
Layihə Prezident İlham Əliyevin başlatdığı "Bakı Prossesi", Azərbaycanın irəli sürdüyü, BMT-nin Sivilizasiyalar Alyansı, YUNESCO, Avropa Şurası və ISESCO-nun dəstəklədiyi təşəbbüslə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, requlyar təşkil olunan Bakı Beynəlxalq Humanitar Forumlarının, dövlət başçısının multikulturalizm sahəsində verdiyi fərman və sərəncamların, o cümlədən, Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında qərarının xarici ölkə gənclərinə təbliğinə, onların yerli gənclərimizlə əməkdaşlığını nəzərdə tutan fəaliyyətlərə dəstək xarakterlidir.
Prezident yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihə “Bir cəmiyyət – müxtəlif mədəniyyətlər” devizi ilə “Çoxmədəniyyətli icmalarda gənclərin fəal sosial iştirakçılığı” çağırışı altında keçiriləcəkdir.
İyulun 14 – 20-i tarixlərində “Azərbaycanın 2014-cü il Gənclər Paytaxtı” seçilən Quba şəhərində təşkil olunacaq Beynəlxalq Gənclər Forumunun işində Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Latviya, Polşa, İtaliya, Almaniya, Macarıstan, Bolqarıstan, Türkiyə və Rumıniyanı təmsil edəcək 30 əcnəbi gənc fəalın iştirakı nəzərdə tutulur.
Forumun proqramına plenar hissə ilə yanaşı 4 panel müzakirəsinin aparılması, mədəniyyətlərarası dialoq sahəsində gənclərin əməkdaşlıq şəbəkəsinin qurulması, Quba Bəyannaməsinin qəbulunu, kitab çapı, yayımı və geniş profilli PR fəaliyyəti də daxildir.
Gündəlikdə 12 ölkədən olan gənc liderlərin Bakıda Prezident Administrasiyasında, Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərində, Prezident yanında Gənclər Fondunda, QHT-lərə Dövlət Dəstəyi Şurasında, müxtəlif milli, etnik və dini icmalarda görüşlərinin keçirilməsi də durur.
Layihə Azərbaycanın multikulturalizm, mədəniyyətlərarası dialoq Modelinin əcnəbi gənclərə təbliği, bu sahədə birgə gənclər əməkdaşlığı təşəbbüsü, Ölkə Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq tədbirlər planınında nəzərdə tutulan fəaliyyətlərə yönəlməsi baxımından çox əhəmiyyətlidir.


Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Snayperçilərimiz ən çətin atışları icra edib
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info