“Azərbaycan – doğma diyar” devizi altında Milli Azlıqların IV Respublika Festivalı keçiriləcək
Tarix: 19.06.2014 | Saat: 22:22:00 | E-mail | Çapa göndər


Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2006-cı ildən etibarən Bakı şəhərində "Azərbaycan-doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. Festivallar çərçivəsində Azərbaycan etnik musiqisinə həsr olunmuş nəşrlər hazırlanmış, görkəmli alimlərin iştirakı ilə azsaylı xalqların və etnik qrupların mədəni irsinin qorunması mövzularında elmi konfranslar keçirilib, onların həyat və yaşayış tərzini əks etdirən fotosərgilər təşkil edilib. Festivallar kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb, elmi konfransların materialları "Musiqi dünyası" jurnalında çap olunub. Görülən işlərin davamı olaraq 23-25 iyun 2014-cü il tarixlərində "Azərbaycan - doğma diyar" devizi altında Milli Azlıqların IV Respublika Festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində tirajı 1000 nüsxə olmaqla 5 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman) "Azərbaycanda yaşayan milli azlıqların mahnıları" (CD) diskinin buraxılması, R.Behbudov adına Mahnı Teatrında 23-24 iyun, saat 11:00-18.00-dək bədii kollektivlərin çıxışları, 25 iyun saat 16:00-da Muzey Mərkəzində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən "Bir ailədə" adlı fotosərginin, 16:30-da yenə də Muzey Mərkəzində "Azərbaycanda etnik mədəni müxtəliflik və multikultural ənənələr" mövzusunda dəyirmi masanın təşkili planlaşdırılır. 25 iyun saat 18:00-də isə Azərbaycan Dövlət Musiqili Teatrında festivalın qala konserti gözlənilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info