Müdafiə Nazirliyi: “Azərbaycana məxsus yüksəkliyin ələ keçirilməsi erməni uydurmasıdır”
Tarix: 19.06.2014 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın Müdafiə Nazirliyi elektron KİV-də erməni mənbələrinə istinadən Naxçıvan Muxtar Respublikasının ərazisində düşmən tərəfindən yüksəkliklərin ələ keçirilməsi ilə bağlı yayılan məlumat və fotolara aydınlıq gətirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ilk olaraq bu yazı və fotolar erməni mətbuatının Azərbaycana qarışı yalanla zəngin və daim qatı düşmənçiliyi ilə seçilən Levon Məlik-Şahnəzəryana məxsus olan saytda yerləşdirilib.
«Təhrif olunmuş, yanlış və səhv fikirlərlə dolu məqalə, o cümlədən, qeyri-müəyyən məkanda çəkilərək ona əlavə edilmiş fotolar erməni tərəfinin təbliğat xatirinə hazırladığı və daxili auditoriyaya ünvanladığı növbəti uydurmadır. Təəssüf doğuran isə odur ki, əksər erməni informasiya agentlikləri bu xəbərdən istifadə etmədikləri halda, Azərbaycanın elektron informasiya vasitələri bu məlumatı tirajlamaqla düşmən təbliğatına şərait yaradır», - deyə məlumatda vurğulanıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyət arasında çaşqınlıq yaratmağa cəhd göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir.

Müdafiə Nazirliyi bəyan edir ki, yayılan məlumatların heç bir əsası yoxdur və ermənilərin növbəti dezinformasiyasıdır: «Naxçıvan Muxtar Respublikasında əməliyyat şəraiti Əlahiddə Ümumqoşun Ordusunun tam nəzarəti altındadır və qoşunların təmas xəttində heç bir yerdəyişmə yoxdur. Adı çəkilən məkanda isə “neytral ərazi” anlayışı ümumiyyətlə mövcud deyil. Bir daha KİV nümayəndələrindən bu kimi erməni yalanlarına uymamağı və ermənilərin yaydığı xəbərlərin təbliğatını aparmamağı tövsiyə edirik».
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info