İyuldan müqavilələrinin elektron informasiya sistemində “Asan İmza“nın tətbiqinə başlayır
Tarix: 20.06.2014 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


2014-cü il iyulu 1-dən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin elektron informasiya sistemində "Asan İmza"nın tətbiqinə başlayır. Bunu "B.EST Solutions" ("Asan İmza" mobil elektron imza xidmətinin operatoru) şirkətindən deyiblər.
Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz məşğulluqla mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə birlikdə işlənib hazırlanıb. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə "Asan İmza" vasitəsilə bütün hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil edəcəklər.
Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində işçilər üçün iş yeri və əməkhaqqı ilə bağlı arayışların alınması asanlaşacaq. Arayışda faktiki əməkhaqqı ilə bağlı informasiya əks olunacaq ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli dərəcədə sadələşdirmiş olacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qüvvədə olan bütün əmək müqavilələri haqqında məlumatları 2014-cü il 1 iyul tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etməli idilər. Əks halda onları 7-10 min manat həcmində cərimə və ya üç ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyirdi. Edilən dəyişikliklərə uyğun olaraq, elektron bildirişlər bazaya təkcə əmək müqaviləsinin imzalanması halında deyil, eyni zamanda, bu sənədə dəyişiklik edilməsi, eləcə də onun ləğv edilməsi halında daxil olmalıdır. Sistem tam istismara verildiyi andan bildirişlər bir gün müddətində qeydiyyata alınacaq. İlkin olaraq, mövcud işçilərin qeydiyyatının bu sistemin istismara verilməsinədək, yəni cari ilin 1 iyul tarixinədək başa çatdırılması planlaşdırılırdı. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara qüvvədə olan bütün əmək müqavilələrinin qeydiyyatı üzrə əməliyyatların həyata keçirilməsi üçün üç ay müddətində möhlət vermək qərarına gəldi.
2014-cü il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 2,8 milyondan çox nəfərin icbari dövlət sosial sığorta üzrə fərdi hesabı var ki, bu da ilin əvvəlinə olan göstəricini 4,1 faiz üstələyir.
Cari ilin ilk 5 ayında Azərbaycanda əlavə olaraq 1,1 milyon sosial sığorta ödəyicisi qeydə alınıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info