200 hərbi xidmət və Çernobıl əlilinə minik avtomobili verildi
Tarix: 20.06.2014 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) iyunun 20-də cari ilin əvvəlinədək növbədə dayanan, müharibə əlillərinə bərabər tutulan şəxslərdən 200 nəfərinə “Naz-Lifan” markalı minik avtomobillərini təqdim edib. Onlardan 154 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar, 46 nəfəri isə Çernobıl AES əlilləridir.
Avtomobillərin təqdim olunması zamanı müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinin daim Prezident İlham Əliyevin diqqət mərkəzində olduğu vurğulanıb. Qeyd olunub ki, dövlət başçısının 17 mart 2014-cü il tarixli fərmanı ilə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizədək artırılıb. Son bir ildə isə həmin təqaüdlərin orta aylıq məbləğində 68 faiz artım özünü göstərib. Eyni zamanda, həmin şəxslərin xüsusi nəqliyyatla təminatında mühüm addımlar atılır. Belə ki, dövlət başçısının 23 dekabr 2013-cü il tarixli Sərəncamına əsasən, cari ilin aprel-may aylarında 2014-cü ilin əvvəlinədək növbəyə dayanmış 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinin minik avtomobili ilə tam təminatı həyata keçirilib.
Azərbaycan Prezidentinin 30 aprel 2014-cü il tarixli sərəncamının icrası olaraq bu ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxsin də xüsusi avtonəqliyyatla tam təminatı istiqamətində ƏƏSMN tərəfindən əməli işlər aparılır. Bu gün onlardan artıq 200 nəfəri avtomobillə təmin olunur və qalanlarına da yaxın aylarda avtomobillər təqdim ediləcək.
Tədbirdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlar və Çernobıl AES əlilləri daim onların rifah halının yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğıya görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info