Cəlilabadda vəfat etmiş şəxsə əlillik qrupu təyin olunması barədə məlumat yalandır
Tarix: 20.06.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


“Cəlilabad rayonunda vəfat etmiş şəxsə guya əlillik qrupu təyin olunması barədə yayılan məlumatlar yalan və böhtan xarakteri daşıyır”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan informasiyaya aydınlıq gətirərkən deyib.
Nazirlik rəsmisi vurğulayıb ki, son günlərdə bəzi KİV-lərdə Cəlilabad rayonu, Alıqasımlı kənd sakini Abıyev Habil Heydər oğlunun elektron formada məktubuna istinad olunmaqla, 30 saylı Tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən həmin rayonun Günəşli kənd sakini İmanova Zəminə Əlgüşad qızının vəfat etdiyi halda, onun “yenidən əlillik qrupunun təsdiq olunması” barədə heç bir əsası olmayan, böhtan xarakterli məlumat yayımlanıb: “İctimaiyyətin diqqətinə çatdırırıq ki, ƏƏSMN-nin 30 saylı TSEK-i tərəfindən 2012-ci ildə xərçəng xəstəliyindən vəfat etmiş İmanova Zəminə Əlgüşad qızına deyil, Cəlilabad şəhər sakini İmanova Zəminə İmanverdi qızına bronxial-astma xəstəliyinə görə təkrar olaraq əlillik qrupu təyin edilib”. E.Babayev qeyd edib ki, İmanova Zəminə Əlgüşad qızı da vəfat etdiyi tarixə qədər ikinci qrup əlilliyi olan şəxs olub: “Yayılan yalan məlumatlarda onun vaxtilə əlilliyi olan şəxs kimi adı qeyd olunan köhnə siyahı guya yeni siyahı kimi saxtalaşdırılaraq KİV-də nümayiş etdirilib. Göründüyü kimi, ad və soyad oxşarlığından yararlanmaqla və qeyd olunan formada saxtalaşdırma aparılmaqla, həmçinin əsassız fikirlər yayımlanmaqla 30 saylı TSEK-in fəaliyyətinə ləkə yaxmağa, son vaxtlarda tibbi-sosial ekspertiza xidmətinin şəffaflaşdırılması sahəsində aparılan işlərin nəticələrini gözdən salmağa cəhd olunub. Belə cəhd, eyni zamanda hazırda haqq dünyasında olan bir insanın adından bu cür nanəcib məqsəd üçün sui-istifadə edilməsi jurnalist əxlaqına, ümumən insan mənəviyyatına zidd olan qeyri-vicdani bir əməldir”.


İlkin





 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Meksikada Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info