“BMT ona lazım olan dövlətlərin çubuğu ilə və ya tapşırığı ilə nə isə edir”
Tarix: 20.06.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


NATO Parlament Assambleyasının "Rouz-Rout" seminarının Bakıda keçirilməsi Assambleya rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycanın seminarda qarşıya qoyduğu əsas məqsəd Dağlıq Qarabağ məsələsini tam şəkildə müzakirə etmək idi: "Dağlıq Qarabağla bağlı keçirilən paneldə bu məsələyə nail olduq".
O, əlavə edib ki, seminarda müzakirə olunan məsələlərdən biri də bu gün dünyada mövcud olan münaqişələrin həlli məsələsində beynəlxalq hüququn yeri idi: "Bu seminarda bir daha əmin olduq ki, bu gün beynəlxalq hüquq çox dərin bir depressiyadadır, böhrandadır. Beynəlxalq hüquq kimin problemini həll edib ki? BMT ona lazım olan dövlətlərin çubuğu ilə və ya tapşırığı ilə nə isə edir. Amma əslində obyektiv bir təşkilat olaraq heç onun qapısını döyən yoxdur. Ona görə də hesab edirəm ki, bu gün beynəlxalq hüquq böyük dövlətlərin əlindədir, onlar üçün məşğuliyyətdir, əyləncədir, kiçik dövlətlər üçün isə məhdudiyyətdir".
Z.Əsgərov qeyd edib ki, bu baxımdan bu gün hər bir dövlət özü özünə güvənməlidir: "Bizim seminarda çıxardığımız nəticə bundan ibarətdir. Biz özümüzü gücləndirməliyik və dövlət başçımızın ətrafında sıx birləşib problemlərimizin həllinə çalışmalıyıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info