Gənc Diplomatların II Beynəlxalq Forumunda ölkəmizi təmsil edən tələbə
Tarix: 20.06.2014 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Qərənfil Həsənova: “Biz “gənc səfirlərin” ölkəmizin təbliğatında rolu həddindən artıq böyükdür”

Məlum olduğu kimi 09-13 iyun tarixlərində Meksikanın paytaxtı Mexiko şəhərində və Keretaro ştatında Meksika Xarici İşlər Nazirliyinin dəstəyi ilə Gənc Diplomatların II Beynəlxalq Forumu keçirilib. Forumda iştirak etmək üçün Amerika, Avropa, Asiya və Afrika ölkələrini təmsil edən 60 gənc diplomat dəvət alıb.
Burada Azərbaycanı təmsil edən isə ABŞ-da Kolumbiya Universitetində magistr təhsili alan Qərənfil Həsənova olub. Bu forum və ümumilikdə Azərbaycanın burada necə təmsil olunması ilə bağlı Qərənfil xanım öz təəssüratlarını bizlə bölüşüb. O, bu beynəlxalq toplantının uğurlu keçdiyini söylədi: “Ölkəmizi bu önəmli konfransda təmsil etmək mənim öhdəliyimə düşmüşdü, buna görə də məsuliyyətim çox idi. Forum öz işinə iştirakçıların Meksika Xarici İşlər Nazirliyinə səfəri ilə başladı. Nazirlikdə həyata keçirilən görüş zamanı biz Qlobal Diplomatiya Forumunun İcraçı Direktoru cənab Cones El-Qazi və Baş Katibi Abdel-İlah Bennis, Xarici İşlər Nazirliyinin əməkdaşı Emilo Suarez Likona, Keretaro ştatının hökumət təmsilçiləri Federiko Kinzanos Roxas və Maria Kamposla görüşlər keçirdik. Günün ikinci yarısında forum iştirakçılarının Meksika Təhsil Nazirliyinə və Senatına səfərləri baş tutdu. Qeyd edim ki, Meksika Senatı 2011-ci ilin Dekabr ayında Xocalı soyqırımını tanıyan bəyannamə qəbul etmişdi. Bu baxımdan Senata səfərimiz mənim üçün həddindən artıq yadda qalan oldu. İştirakçı dostlarıma bu haqda məlumat verəndə bir daha başa düşdüm ki, biz “gənc səfirlərin” ölkəmizin təbliğatında rolu həddindən artıq böyükdür”.
İkinci gündən etibarən Forumun öz işini Meksikanın Keretaro ştatında davam etdirdiyini deyən Qərənfil Həsənova növbəti günlərin də görüşlər baxımından məhsuldar olduğunu bildirdi: “Növbəti günlər ərzində bir qayda olaraq günün birinci yarısı bu ştatda yerləşən Anahuak Universitetində müxtəlif ölkələrin diplomatik nümayəndələri ilə görüşlər keçirdikdən sonra Meksikanın daxili və xarici siyasəti, mədəniyyətini daha yaxından öyrənmək üçün müxtəlif yerli institutlara səfərlərimiz həyata keçirildi. Forum zamanı bir sıra diplomatların məruzələrini, onların təcrübələrini dinləsək də, əsas məqsəd bu günün tələbə-diplomatlarını, diplomatik nümayəndəliklərin gənc nümayəndələrini bir araya gətirərək dünyanı narahat edən məsələlərə məhz bizim baxışımızdan yanaşmaq idi. Buna görə də Gənc Diplomatların II Beynəlxalq Forumunun rəsmi hissəsinin sonuncu günü, 12 iyun tarixində, biz əvvəlcədən müəyyən edilmiş qruplar və mövzular üzrə təqdimatlar keçirdik. Bizə təyin olunmuş mövzular Latın Amerikasında post-konlikt münasibətlər, Enerji və Ətraf Mühit, BMT-nin reformaları, Konflikt Zonalarında Zorakılıq Hallarının Qarşısının Alınması və s. kimi çoxşaxəli sahələri əhatə edirdi. Qrup müzakirələri zamanı hər hansısa dünyəvi problemin həlli üçün məsuliyyətin bizim üzərimizdə olmasını hiss etmək çox önəmli idi. Hər birimiz çalışırdıq ki, həll yolu taparkən digər qruplara nisbətən daha humanist, ədalətli olaq. Maraqlısı odur ki, sonda belə qərara gəldik ki, ayrı-ayrılıqda deyil, yalnız birlikdə şəbəkə halında çalışaraq, əməkdaşlıq edərək ən ədalətli və şəffaf qərarlar verə bilərik. Elə məncə biz gəncləri bir araya gətirməkdə forum təşkilatçılarının əsas məqsədi də bu idi. Təqdimatlardan sonra hər bir qrupun təqdim etdiyi müzakirələr əsasında forumun qətnaməsi qəbul edildi. Ən sonda isə biz sertifikatlarla təltif edildik. Forumun sonuncu günü isə təşkilatçılar bizim Meksika piramidalarına səfərimizi təşkil etmişdilər”.
Qərənfil Həsənova Meksikada olarkən Azərbaycanın bu ölkədəki səfiri ilə də görüşdüyünü söylədi: “Meksikaya səfərimin son günü Azərbaycanın Meksikadakı səfiri cənab İlqar Muxtarov və səfirlik işçiləri ilə görüşdüm. Daha sonra paytaxt Mexiko şəhərində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış heykəl və ölkəmizin qartalabənzər xəritəsinin olduğu parkla tanış oldum. Azərbaycanın uzaq Latın Amerikasında, Meksika kimi böyük və önəmli bir ölkədə bu cür layiqli təmsil olunmasını görmək çox ürəkaçan idi. Çox şadam ki, Gənc Diplomatlar Forumunda ölkəmizi təmsil etmək, gələcək siyasi arenanı dəyişə biləcək insanlarla tanış olmaq, Meksikanın mədəniyyətini, tarixini, ölkələrimiz arasındakı əlaqələri bu cür yaxından izləmək kimi şansım oldu.”

Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info