ATİ rektorunun Almaniyada müsahibəsi yayımlanıb
Tarix: 20.06.2014 | Saat: 19:12:00 | E-mail | Çapa göndər


ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə Turizm İnstitutunun bir qrup əməkdaşı Almaniyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində olan konfransda iştirak ediblər. 6 gün davam edən tədbirdə Tədqiqat və inkişaf şöbəsinin bölmə rəhbəri Kazım Quliyev və mütəxəssis Yulius Arnegger, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva xüsusi fəallıq göstəriblər. Avropa İttifaqı Tempus layihəsi üzrə ilkin mərhələnin yekunlarına və qarşıdakı dövr üçün həlli nəzərdə tutulmuş işlərin icrasına həsr olunmuş tədbiri Almaniyanın Vorms Universitetinin prezidenti Prof. Dr. Yens Hermsdorf giriş sözü ilə açıb. Prof. Dr. Yens Hermsdorf öz çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının layihəni şərtləndirən tələblərin yerinə yetirilməsində iştirak payından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən problem məsələlərdən ətraflı bəhs edib. Konfransın daha bir iştirakçısı - Vorms şəhərinin meri, Hans-Joakim Kosubek isə əsasən şəhərin tarixindən, müasir iqtisadi durumundan, perspektiv planlarından danışmış və tədbir iştirakçılarına layihə çərçivəsində fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov konfransın təşkili və səmimi dəvətə görə layihə rəhbərliyinə təşəkkürünü bildirib. ATİ-nin Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb. Almaniyanın Vorms şəhərində Avropa İttifaqının “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” üzrə Tempus layihəsi çərçivəsində keçirilmiş konfrans öz işini yekunlaşdırdıqdan sonra ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva Vilhelmsafen şəhərində ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın 5-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdən sonra Vilhelmsafen şəhərinin meri Horger Borkovski ATİ nümayəndə heyəti ilə görüşüb. Səfər çərçivəsində ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun Radio Yade-da müsahibəsi yayımlanıb. Almaniyaya səfərin son günü Yade TEU-nun prezidenti E.Şrayber və ATİ-nin rektoru C.Cəfərov yenilənmiş əməkdaşlıq müqaviləsi imzalanıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info