“Biz Quba Soyqırımı Memorial Kompleksində soyqırımı faktını gördük”
Tarix: 20.06.2014 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Ombudsmanların XII Bakı beynəlxalq konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Dünyanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsmana və onların nümayəndələrinə, ekspertlərə, beynəlxalq təşkilatların təmsilçilərinə və hüquqşünas alimlərə ermənilərin Qubada törətdiyi soyqırım barədə məlumat verilib. Bildirilib ki, 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığından əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən aparılan tədqiqatlar nəticəsində məlum olub ki, məzarlıqda kütləvi şəkildə basdırılanlar ötən əsrin əvvəllərində erməni silahlıları tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərdir.
Qonaqlar gördüklərindən təsirləndiklərini deyiblər. Türkiyəli nümayəndə Serpil Çakın jurnalistlərə bildirib, bu dünyada baş verən dəhşətli hadisədir: “Müasir zamanda ümumilikdə soyqırımı olmamalıdır. Bəzi ölkələr soyqırımı olduğunu iddia edir, biz isə burada faktı gördük”. Rusiyanın Orenburq vilayətinin ombusmanı Anatoli Çadov isə bildirib ki, onların vəzifəsi bundan sonra dünyada bu cür halların təkrarlanmasının qarşısını almaqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info