“Biz Ümumdünya Ticarət Təşkilatında bu sanksiyalara etiraz edəcəyik”
Tarix: 20.06.2014 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Rusiya Ümumdünya Ticarət Təşkilatına (ÜTT) bu ölkənin bir sıra təşkilatlarına qarşı sanksiyaların tətbiq edilməsi ilə əlaqədar ABŞ-ın öz ticarət öhdəliklərini yerinə yetirməməsi haqqında rəsmi məlumat göndərib. İTAR-TASS-ın verdiyi məlumata görə, bu barədə RF Baş naziri Dmitri Medvedev Beynəlxalq Hüquq Forumunun iclasında bildirib.
Baş nazir bəyan edib ki, ABŞ Rusiyaya qarşı daxili siyasətdə mənfi nəticələr doğuran sanksiyalar tətbiq edib: "Biz ÜTT-də bu sanksiyalara etiraz edəcəyik. Bu asan olmayacaq, çünki ABŞ ÜTT-də həm nəzəri, həm də praktik nüfuza malikdir".
D.Medvedev hesab edir ki, ÜTT-nin Rusiya və ABŞ-ın sanksiyalarla bağlı mübahisəsinə reaksiyası bu təşkilatın mübahisələrin həlli üzrə qərəzsizliyini və obyektivliyini qiymətləndirməyə imkan verəcək: "Belə sanksiyalar Ümumdünya Ticarət Təşkilatının özünün qaydalarını, həmçinin ticarətdə ən böyük yardım etmə rejimini pozur, çünki başqa ölkənin mal və xidmətlərinin təchizatçılarına qarşı ayrı-seçkilik yaranır, Ümumdünya Ticarət Təşkilatının öhdəliklərini və ticarətdə spesifik maliyyə xidmətləri üzrə əsas sazişin ikinci maddəsinə birbaşa qadağanı pozur".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır
17.04.2019
Riç Outzen: “Türkiyə ilə əlaqələrdə uğursuzluq görmək istəmirik”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info