Azərbaycandakı amerikalı tələbələrin ABŞ-da assosiasiyasının yaradılması vaxtı çatıb
Tarix: 20.06.2014 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil almış məzunların “Azərbaycanda təhsilin inkişafı naminə beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşmaların təklif olunması: mövcud vəziyyət və innovativ təkliflər” mövzusunda üçüncü Təhsil Forumu keçirildi.
“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin, Azərbaycan Dillər Universitetinin, Bakı Amerika Mərkəzinin, “Azərbaycan Neft Mühəndisləri” İctimai Birliyinin birgə təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə müvafiq qurumların nümayəndələri, mütəxəssislər, təhsil işçiləri, xaricdə təhsil almış məzunlar iştirak edirdi.
Forumda “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin sədri Vəli Hüseynov bildirdi ki, tədbirin əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsinə töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir. V. Hüseynov, eyni zamanda, burada müxtəlif təqdimatların olacağını diqqətə çatdırdı.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. ABŞ-Azərbaycan təhsil əlaqələrinin uğurlu nəticələrindən danışan rektor “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin səmərəli fəaliyyətini də xatırlatdı. Rektor bildirdi ki, forumun əsas məqsədi xaricdə təhsil almış və təhsil sahəsinə töhfə vermək istəyən məzunlara dəstəyi nümayiş etdirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır. S.Səmədov qeyd etdi ki, bir necə il əvvəl azərbaycanlı tələbələrin ABŞ-da təhsil alması arzu kimi görünürdü. Ancaq indi yüzlərlə tələbə ABŞ-ın aparıcı univesitetlərində təhsil alır: "Biz arzulayırdıq ki, ABŞ-da oxuyan tələbələr Azərbaycana qayıtdıqdan sonra müxtəlif yüksək vəzifələrdə çalışsınlar, idarəetmədə iştirak etsinlər. İndi onlar artıq Azərbaycanın müxtəlif dövlət qurumlarında yüksək vəzifələrdə, biznes sektorunda çalışırlar".
Rektor artıq Azərbaycanda təhsil alan amerikalı tələbələrin ABŞ-da assosiasiyasının yaradılması vaxtının çatdığını da bildirdi.
Təhsil Nazirliyinin nümayəndəsi Emin Əmrullayev ölkəmizdə təhsilin inkişafı üzrə reallaşdırılan tədbirlərdən bəhs etdi. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayan E. Əmrullayev bu Strategiyanın təhsilimizə böyük töhfələr verəcəyini bildirdi. Təhsil Nazirliyinin nümayəndəsi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin xarici ölkələrin ən nüfuzlu universitetlərində təhsil aldıqlarını xatırlatdı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi Natiq Əliyev təhsilin inkişafı ilə bağlı fikirlərini söylədi. Şöbə müdiri qeyd etdi ki, ölkə rəhbərliyi xaricdə təhsilə böyük önəm verir. Hazırda xaricdə təhsil alanlar Azərbaycanın insan kapitalının əsas hissəsidir. Bu resurslardan yararlanma cəmiyyət üçün çox əhəmiyyətli olar: "TQDK biliyin qiymətləndirilməsi siyasətini həyata keçirir. Bu prosesin həyata keçirilməsində hər il müqavilələrlə müxtəlif mütəxəssislər iştirak edirlər".
O, xaricdə təhsil almış azərbaycanlıları bu prosesdə iştirak etməyə dəvət etdi.
Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatlar ilə Azərbaycanın təhsil əlaqələrinin əhəmiyyətindən danışdı. Səfir Azərbaycanda təhsil üzrə həyata keçirilən tədbirlər barədə müsbət fikirlərini bildirdi.
Forumda “Təhsilə dəstək kimi professional cəmiyyət”, “Təhsildə innovasiyaların inteqrasiyasına təsir edən amillər”, “İbtidai sinif ingilis dili dərsliklərinin qiymətləndirilməsi və s mövzularda təqdimatlar oldu, müzakirələr aparıldı.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info