Lukaşenko: “Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir”
Tarix: 20.06.2014 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan Belarus üçün əməkdaşlığın inkişafı üzrə prioritet dövlətlərdən biridir”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşündə bəyan edib. Prezident qeyd edib ki, Belarus üçün Azərbaycan yaxın ölkələrdən biridir, iki dövlətin liderləri arasında ənənəvi olaraq mehriban münasibətlər mövcuddur: "Bizdə bütün sahələrdə əməkdaşlıq çox uğurla inkişaf edir. Müəyyən çətinliklərə və problemlərə baxmayaraq, onlar isə həmişə mövcuddur, biz əməkdaşlığımızda qapalı mövzulardan qaçmağa nail olmuşuq. Biz sizin üçün açığıq, elə mal çeşidi yoxdur ki, bizim sizə və ya sizin bizə sata bilməyiniz mümkün olmasın, birgə müəssisələrin yaradılması üçün qapalı mövzu yoxdur".
Aleksandr Lukaşenko qeyd edib: "Xahiş etmək istəyirəm, yadda saxlayasınız ki, sizə Belarus kimi çox yaxın ölkə var və bura investisiyalarla gəlmək olar, biz həmişə sizi dəstəkləyəcəyik. Azərbaycan bizim üçün prioritet dövlətlərdən biridir. Bizim üçün çox çətin və mürəkkəb olan vaxtları çox yaxşı xatırlayırıq və siz demək olar ki, bir neçə gün ərzində bizə yardım etdiniz. Siz bilməlisiniz ki, biz sizin ən yaxın dostunuzuq və sizin bütün, hətta ən kəskin problemlərinizin həllində maraqlıyıq. Və əgər biz bu planda nə isə edə biləcəyiksə, siz bizə bel bağlaya bilərsiniz".
Öz növbəsində, Artur Rasizadə qeyd edib ki, Azərbaycan Belarusla münasibətləri çox yüksək qiymətləndirir, ona qardaş ölkə kimi baxır: "Biz bundan sonra da bu münasibətlərin bütün istiqamətlərdə, həm siyasi, həm iqtisadi, həm də humanitar sahədə daha yüksək səviyyəyə qalxması üçün hər şeyi edəcəyik. Biz bütün münasibətlərdə Belarusu dəstəkləməyə hazırıq".
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info