Azərbaycanın əhəmiyyəti əvvəlki zamanlarda olduğundan daha da artıb
Tarix: 20.06.2014 | Saat: 21:53:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Brüsselin diplomatik sektorunda yerləşən ofisində seminar təşkil olunub. Tədbiri keçirməkdə məqsəd Avropa Parlamentində çalışan istedadlı azərbaycanlı tələbələri və gənc mütəxəssisləri Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti barədə məlumatlandırmaq olub. Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin başçısı, fövqəladə və səlahiyyətli səfir Fuad İsgəndərov seminar iştirakçıları qarşısında çıxış edərək bildirib ki, Avropa İttifaqının enerji təhlükəsizliyi sisteminin yenidən qurulması məsələsinin aktuallığı fonunda, həmçinin Azərbaycan qazının Avropaya daşınmasını nəzərdə tutan 45 milyard dollarlıq layihələrin həyata keçirilməsini nəzərə alaraq Azərbaycanın əhəmiyyəti əvvəlki zamanlarda olduğundan daha da artıb. O qeyd edib ki, bu yaxınlarda Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Bakıya baş tutmuş səfəri Azərbaycanın Avropa İttifaqı üçün əhəmiyyətindən xəbər verir.
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Avropa İttifaqındakı səfiri Arif Məmmədov azərbaycanlı tələbələrin Avropa institutlarında təcrübə keçməsini yüksək dəyərləndirərək, gələcəkdə onların Azərbaycan üçün böyük fayda verə biləcəyindən söz açıb. Səfir qeyd edib ki, Azərbaycanın böyük planları var və onlar da bunun bir hissəsidir.
Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbər müavini, konsul Hüseyn Hüseynov vurğulayıb ki, Azərbaycan-NATO münasibətləri yüksək səviyyədədir və 28 üzv dövlətin hər biri Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir. Konsulun sözlərinə görə, NATO Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır və Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır.
AAC-ın Belçikadakı Nümayəndəliyinin rəhbəri Roman Huna AAC-ın qapılarının Brüsseldə təcrübə keçən və ya işləyən azərbaycanlıların üzünə hər zaman açıq olduğunu bildirib: “Bütün azərbaycanlılar fəxr etməlidirlər ki, Azərbaycan Avropa İttifaqı ilə tərəfdaş olmaqda doğru seçim edib. Mən sizi bununla fəxr etməyə və bu dəyərləri təbliğ etməyə çağırıram”.
Seminarda qeyd olunub ki, Bakı-Brüssel münasibətləri yüksələn xətt üzrə inkişaf edir, Azərbaycanın Avropa üçün aktuallığı yuxarı trayektoriya üzrə gedir. Azərbaycan bir çox Avropa institutlarının bərabərhüquqlu üzvdür və onlarla sıx əməkdaşlıq edir. Bundan əlavə, bu yaxınlarda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik Azərbaycana keçib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info